Heydər Əli̇yevi̇n toylarında işti̇rak etdi̇yi̇ itali̇yalı cütlük Bakıda
Heydər Əliyevin toylarında iştirak etdiyi italiyalı cütlük Baku TV-yə müsahibə verib.
1997-ci il sentyabrın 27-də İtaliyanın Piazzetta meydanında keçirilən toy mərasimləri zamanı Heydər Əliyevlə görüşən Roberto və Qabriella Kaso həmin günlə bağlı xatirələrini bölüşüblər.
Q.Kaso Heydər Əliyevlə görüşün onlar üçün sürpriz olduğunu bildirib:
“Gəzintidə olduğumuz vaxt Prezident bizi yanına dəvət etdi və xeyir-dua verdi. Bu, bizim üçün çox sevindirici bir hal idi. Əvvəlcə onun kim olduğunu bilmirdik. Bunu sonradan öyrəndik. Bu möcüzəli an bizi çox xoşbəxt etdi”.
Q.Kaso Ümummilli Liderlə görüşün evlilik həyatları üçün uğurlu olduğunu deyib:
“O, bizə toy hədiyyəsi olaraq Azərbaycan xalçası verdi. Bu, hədiyyə bizim üçün çox böyük mənəvi əhəmiyyət kəsb edir. Biz 26 ildir ki, həmin xalçanı evimizdə saxlayırıq”.