Pleyeri seçin:
Yevlax sakinləri Baku TV-yə danışdı
Son günlər müşahidə olunan yağışlı hava şəraiti Yevlaxın Yuxarı Bucaq kəndində təhlükəli vəziyyət yaradıb.
Sakinlərin sözlərinə görə, ərazidən keçən Əlicançay illərdir məcrasını dəyişib və problem artmaqdadır.
“Çay bizim bağlarımıza, evlərimizə, əkin sahələrimizə cidd ziyan vurub. İki ildən çoxdur ki, aidiyyəti qurumlara müraciət edirəm. Gəlib baxırlar, məcrası dəyişməlidir deyirlər, amma heç kim heç nə etmir. Leysan olsa, evi aparacaq”, – kənd sakini narazılığını bildirib.
Kopyalandı
![icon](/images/loading.png)