Cəmiyyət
Pleyeri seçin:
Kiminsə işi rahat getsin deyə... | Sakinləri boğaza yığan məsələ
Bakının ən böyük problemlərindən biri də avtomobillərin park edilməsi məsələsidir.
Belə ki, paytaxtın Nizami rayonu ərazisində yerləşən “Laçın” Ticarət Mərkəzində işləyən, eləcə də bura alış-veriş üçün gələn şəxslər nəqliyyat vasitələrini yaxınlıqdakı binaların həyətində saxlayırlar.
Bu isə orada yaşayan vətəndaşların narazılığına səbəb olur.
Sakinlər deyirlər ki, maşınlar uşaqların istirahəti üçün nəzərdə tutulan yerləri də zəbt etdiyindən azyaşlılar oynamağa yer tapmırlar:
“Bilmirsən, kimin maşınıdır. Yolu kəsirlər, evimizə girə bilmirik. Uşaqlar küçəyə çıxa bilmirlər. Yaşlılar hava almaq istəyirlər, maşınların əlindən burada necə hava alsınlar? Avtomobillərin tozu-torpağı evlərimizə dolur”.
Kopyalandı
Seçilmişlər