Pleyeri seçin:

İndiki qızlar ana olmaqdan qorxur… | Ofelya Babayeva vəzifədə işlədiyi illər nələr yaşadı?

25 yanvar 2025 544 baxış

“O vaxtlar” verilişinin yeni buraxılışı yayımlanıb.

Proqramda Əməkdar müəllim Ofelya Babayeva analıq hissindən, gəlin-qayınana münasibətlərindən bəhs edib.

İndi qızların ana olmaqdan qorxduqlarını söyləyən O.Babayeva qeyd edib ki, bu hiss dünyanın ən böyük səadətidir:

“Mən bütün xanımlara ana olmağı arzulayıram. Bu, böyük məsuliyyət, sonrakı dövrdə yaşamaqdır. Sən həyatda olmasan da, yetişdirdiyin övlad, nəvə və nəticələr tərəfindən xatırlanacaqsan. İndi qızlarımız ana olmaqdan qorxurlar. Amma onlara məsləhət görürəm ki, bundan çəkinməsinlər. Dünyanın ən böyük səadəti ana olmaq, nəvələrini bağrına basmaqdır”.

Əməkdar müəllim “Qadın nə istəyir” sualını cavablandırarkən bildirib ki, o, sevgi, rahatlıq, hüzurlu və yaxşı həyat arzulayır.

“Amma qadın da kişiyə arxa-dayaq olmalıdır. Gənclik elə bir dövrdür ki, ancaq sevilmək istəyirsən. Sonra cütlüklər ayrı dünyaların insanları olduqlarını hiss edəndə bir-birlərini birlikdə yaşamaq üçün məcbur etməməlidirlər. Ailə hər iki tərəfin eyni istiqamətə baxmasıdır”, – o söyləyib.

O.Babayeva həmçinin gəlin-qayınana münasibətlərindən bəhs edib.

“Nənəm həmişə qayınanasından çox böyük hörmətlə danışardı. Öz qayınanam da son dərəcə gözəl insan idi. Mənə qarşı münasibəti həmişə yaxşı olub. Hətta ailəmizdə söz-söhbət olanda belə o, oğlunu danlayardı, nəinki məni. Düşünürəm ki, heç bir qayınana heç vaxt normal bir gəlini təhqir etməz”, – Əməkdar müəllim əlavə edib. 

Banner
Xəzər dənizindən içməli su əldə ediləcək? - Baku TV CANLI

Xəzər dənizindən içməli su əldə ediləcək? - Baku TV CANLI

Cəmiyyət
26 oktyabr 2026 544 baxış
"Əslində, kişilər işləyir, qadınlar isə..." | Sakinlər danışdı | "O zaman cinsə baxmayacaqsınız"

"Əslində, kişilər işləyir, qadınlar isə..." | Sakinlər danışdı | "O zaman cinsə baxmayacaqsınız"

Cəmiyyət
26 oktyabr 2026 544 baxış
"Bütün həyətlərdan su çıxır" | Novxanı sakinlərinin kanalizasiya problemi - Baku TV

"Bütün həyətlərdan su çıxır" | Novxanı sakinlərinin kanalizasiya problemi - Baku TV

Cəmiyyət
26 oktyabr 2026 544 baxış
Saç çıxaran vasitələr: nəticə, yoxsa boş vəd? | "İstifadə edirəm, başım, üzüm qabıq verir" - Baku TV

Saç çıxaran vasitələr: nəticə, yoxsa boş vəd? | "İstifadə edirəm, başım, üzüm qabıq verir" - Baku TV

Cəmiyyət
26 oktyabr 2026 544 baxış
Məktəbdənkənar fəaliyyətin övladlarımız üçün əhəmiyyəti nədir? - Baku TV

Məktəbdənkənar fəaliyyətin övladlarımız üçün əhəmiyyəti nədir? - Baku TV

Cəmiyyət
26 oktyabr 2026 544 baxış
İşəgötürənlərin tələbləri ilə kişilərin gözləntiləri niyə üst-üstə düşmür? - Baku TV CANLI

İşəgötürənlərin tələbləri ilə kişilərin gözləntiləri niyə üst-üstə düşmür? - Baku TV CANLI

Cəmiyyət
26 oktyabr 2026 544 baxış
Bakıda gecə və səhər yağış, gündüz isə 20 dərəcəyədək istilik gözlənilir - Baku TV CANLI

Bakıda gecə və səhər yağış, gündüz isə 20 dərəcəyədək istilik gözlənilir - Baku TV CANLI

Cəmiyyət
25 oktyabr 2026 544 baxış
Müəlliflik hüququ, yoxsa plagiat? | Tədris materiallarında müəllif hüquqları necə qorunur? - Baku TV

Müəlliflik hüququ, yoxsa plagiat? | Tədris materiallarında müəllif hüquqları necə qorunur? - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 544 baxış
Təkrar müraciətlər, dəyişməyən vəziyyət | Şəhid anasının problemi niyə həll olunmur? - Baku TV

Təkrar müraciətlər, dəyişməyən vəziyyət | Şəhid anasının problemi niyə həll olunmur? - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 544 baxış
Xəzər suitilərinin kütləvi ölümü ekoloji narahatlıq doğurur - Baku TV

Xəzər suitilərinin kütləvi ölümü ekoloji narahatlıq doğurur - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 544 baxış
Seçilmişlər
icon