Pleyeri seçin:
İranda qətlə yetirilən şəhid Orxan Əsgərovun qohumlarının fəryadı
Azərbaycanın İrandakı səfirliyinə edilən silahlı hücum nəticəsində diplomatik korpusun mühafizə xidmətinin rəisi, baş leytenant Orxan Əsgərov şəhid olub.
Şəhidin qohumları Baku TV-yə açıqlama verib. Zirəddin Mehdiyevin sözlərinə görə, xəbəri televiziyadan alıb. “Dedilər ki, basqın ediblər, qabağa Orxan çıxıb. Dağılsın İran dövləti. Səhər saat 8-də avtomatla binanın qabağına gələndə görmədilər o adamı?”.
“Sovet hökuməti dağılandan sonra ilk dəfə Amerikada təhsil alıb, oradan mükafatla qayıdan oğlan idi. Beynəlxalq əlaqələri bitirmişdi”, - deyə O.Əsgərovun digər qohumu Mehdi Qasımov əlavə edib.
Kopyalandı
#İran teqi istifadə olunub
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir
- İran ABŞ-nin Fars körfəzində hərbi fəaliyyətinə görə sərt xəbərdarlıq edib - Baku TV CANLI
- Yaxın Şərqdə hərbi qarşıdurmanın yenidən alovlanması ehtimalı artır - Baku TV CANLI
- Regionu daha geniş münaqişə ocağı gözləyir? - Tehrana yeni zərbələr nə vaxt olacaq? - Baku TV
