Pleyeri seçin:

Komandoların döyüş hazırlığı yoxlanıldı, tapşırıq verildi

02 dekabr 2023 426 baxış

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və nazirliyin digər vəzifəli şəxsləri Ermənistan ilə sərhəd Gədəbəy, Daşkəsən və Kəlbəcər istiqamətlərində yerləşən hərbi hissələrdə olublar.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunan istiqamətlərdə dislokasiya olunan bölmələrdə hərbi qulluqçularla görüşən Baş Qərargah rəisi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Ordumuz qarşısında qoyduğu tapşırıqları şəxsi heyətə çatdırıb, onların icrası ilə əlaqədar konkret göstərişlər verib.

Yüksək dağlıq ərazilərdəki mövqelərdə yerləşən bölmələrdə qoşun xidməti və döyüş növbətçiliyinin təşkili yoxlanılıb. Məruzə olunub ki, mövqelərdə günün nizam qaydalarına uyğun sutkaboyu fasiləsiz xidmət aparılır, döyüş növbətçiliyi təşkil olunur.

General-polkovnik K.Vəliyev həmçinin artilleriya, mühəndis və komando hərbi hissələrinə gələrək döyüş hazırlığını yoxlayıb, bölmələrin gündəlik fəaliyyəti, yerinə yetirilən tədbirlərlə bağlı komandir heyətlərinin məruzələrini dinləyib. Bildirilib ki, qarşıya qoyulmuş tapşırıqlar plan üzrə icra olunur, döyüş hazırlığı tədbirlərinin tələblərə uyğun təşkili və keçirilməsinə xüsusi diqqət yetirilir.

Sonda Baş Qərargah rəisi komando bölmələrindən birinin döyüş hazırlığı üzrə təlim və məşqlərini izləyib, onların keyfiyyət və intensivliyinin daha da artırılması, habelə şəxsi heyətin praktiki vərdişlərinin təkmilləşdirilməsi və hazırlıq səviyyəsinin yüksəldilməsi barədə komandanlıq qarşısında konkret tapşırıqlar qoyub.

DYP-dən sürücülərə və valideynlərə vacib xəbərdarlıq - Baku TV CANLI

DYP-dən sürücülərə və valideynlərə vacib xəbərdarlıq - Baku TV CANLI

Cəmiyyət
12 avqust 2026 426 baxış
Sumqayıt sakinlərinin su problemi niyə həll olunmur? - Baku TV CANLI

Sumqayıt sakinlərinin su problemi niyə həll olunmur? - Baku TV CANLI

Cəmiyyət
12 avqust 2026 426 baxış
"Ayıb deyil?!" - Sakinləri boğaza yığan problem | “Suya görə 78 yaşımda küçələrdə...” - Baku TV

"Ayıb deyil?!" - Sakinləri boğaza yığan problem | “Suya görə 78 yaşımda küçələrdə...” - Baku TV

Cəmiyyət
12 avqust 2026 426 baxış
Ağdaş heyvan satışı bazarı istifadəyə verildi | Hansı şərait yaradılıb? - Baku TV

Ağdaş heyvan satışı bazarı istifadəyə verildi | Hansı şərait yaradılıb? - Baku TV

Cəmiyyət
12 avqust 2026 426 baxış
"Avtobusları 1 dəfə şarj etdikdən sonra..." | Naxçıvanda müasir avtobuslar - Baku TV

"Avtobusları 1 dəfə şarj etdikdən sonra..." | Naxçıvanda müasir avtobuslar - Baku TV

Cəmiyyət
12 avqust 2026 426 baxış
"Gündə 500-600 nəfər..." | Naxçıvanda Regional DOST Mərkəzi fəaliyyətə başlayıb - Baku TV

"Gündə 500-600 nəfər..." | Naxçıvanda Regional DOST Mərkəzi fəaliyyətə başlayıb - Baku TV

Cəmiyyət
12 avqust 2026 426 baxış
Bazarda yeni bahalaşma: Ən çox bu məhsulların qiyməti artıb! - AKTUAL GÜNDƏM

Bazarda yeni bahalaşma: Ən çox bu məhsulların qiyməti artıb! - AKTUAL GÜNDƏM

Cəmiyyət
12 avqust 2026 426 baxış
"220 manat verdim, 120-si yoxdur!" | Bina sakinlərinin başına oyun açan kimdir? - Baku TV

"220 manat verdim, 120-si yoxdur!" | Bina sakinlərinin başına oyun açan kimdir? - Baku TV

Cəmiyyət
12 avqust 2026 426 baxış
15 il əvvəl istifadəyə verilən məkan yararsız haldadır

15 il əvvəl istifadəyə verilən məkan yararsız haldadır

Cəmiyyət
12 avqust 2026 426 baxış
Möminə Xatun türbəsində bərpa və konservasiya işləri aparılır

Möminə Xatun türbəsində bərpa və konservasiya işləri aparılır

Cəmiyyət
12 avqust 2026 426 baxış
Seçilmişlər
icon