"220 manat verdim, 120-si yoxdur!" | Bina sakinlərinin başına oyun açan kimdir? - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Binəqədi rayonu, Mir Cəlal küçəsi, 121C ünvanında yaşayan vətəndaş deyir ki, liftin təmiri üçün ondan 220 manat pul tələb olunub. O da digər sakinlər kimi tələb olunan məbləği verib. Lakin bir müddət sonra komendant işdən çıxarılıb. Elə olanlar da bundan sonra baş verib.
“Məndən lift üçün tələb olunan 220 manat ödənilsə də, yeni gələn komendant uçot kitabçasında bunun cəmi 100 manatının qeyd edildiyini bildirdi. 120 manatın harada olduğu bəlli deyil. Keçmiş komendantla dəfələrlə əlaqə saxlamışıq. Hər dəfə müxtəlif bəhanələr gətirərək məbləği geri qaytaracağını desə də, hazırda zənglərə cavab vermir”, – deyə şikayətçi Faiq Məmmədov bildirib.
F.Məmmədov mövcud problemlə yalnız onun yox, binanın digər sakinlərinin də qarşılaşdıqlarını vurğulayıb.
#Binəqədi teqi istifadə olunub
- Binəqədidə sakinlər kanalizasiya probleminə görə çətin vəziyyətdə - Baku TV CANLI
- “Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV
- 28 May yaşayış massivinin küçələri bərbad vəziyyətdədir
- Binəqədinin keçilməz yolları | 28 May yaşayış massivində küçələr niyə bərbad haldadır? - Baku TV
- “Dəhşətli qoxu gəlir, gediş-gəliş çətinləşir” | Hökməli sakinlərini boğaza yığan mənzərə - Baku TV
