Pleyeri seçin:

“Körpələrim suyun içində batıb gedir” - Sakinlərin həyatını alt-üst edən dəhşətli hadisə - Baku TV

12 fevral 2026 605 baxış

Hökməli qəsəbəsi, Elşən Müslümov küçəsində yaşayan sakinlər Baku TV-nin qaynar xəttinə müraciət ediblər.

Onlar yaşadıqları küçənin bərbad vəziyyətdə olmasından, eləcə də kanalizasiya sularının evlərə axmasından şikayətlənirlər.

Sakinlərdən birinin sözlərinə görə, problemlə bağlı müraciət etdiyi qurumlar məsuliyyəti üzərindən atır:

“Hara müraciət edirəmsə, deyirlər ki, bu ərazi bizim balansımızda deyil. Bələdiyyəyə ərizə yazıb vermişəm, amma baxan yoxdur. Evdə körpələrim var, suyun içində qalırıq”.

Digər bir vətəndaş isə qəsəbədə vəziyyətin acınacaqlı olduğunu vurğulayıb:

“Bu qəsəbədə vəziyyət, həqiqətən də, çox pisdir. Nə yol var, nə də kanalizasiya. Yağış yağanda insanlar əziyyət çəkirlər. Yayda isə üfunətdən tərpənmək olmur”.

Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən verilən məlumata görə, sözügedən ərazidə kanalizasiya şəbəkəsində yaranmış tıxac İdarənin qəza qrupu tərəfindən aradan qaldırılıb.

Bildirilib ki, bu kimi halların əsas səbəblərindən biri əhali tərəfindən bərk cisim və məişət tullantılarının kanalizasiya şəbəkəsinə atılmasıdır.

Elşən Müslümov küçəsindəki palçıqlı yollarla bağlı isə Abşeron Rayon İcra Hakimiyyətindən qeyd olunub ki, sözügedən küçəyə bitişik yolların təmiri Hökməli bələdiyyəsinin planına daxil edilib və qısa müddət ərzində yolun asfaltlanmasına başlanılacaq.

JAECOO J8 Azərbaycan yollarında sərt sınaqdan keçdi - Baku TV

JAECOO J8 Azərbaycan yollarında sərt sınaqdan keçdi - Baku TV

Cəmiyyət
16 sentyabr 2026 605 baxış
"Heç kəs burada zorakılıq göstərə bilməz" | Tələbələr iddialarla bağlı danışdı - Baku TV

"Heç kəs burada zorakılıq göstərə bilməz" | Tələbələr iddialarla bağlı danışdı - Baku TV

Cəmiyyət
16 sentyabr 2026 605 baxış
"Onların etdiyi zülm idi" | Yəhya Bakuviyə həsr olunmuş konfrans Ağdamda davam edir - Baku TV

"Onların etdiyi zülm idi" | Yəhya Bakuviyə həsr olunmuş konfrans Ağdamda davam edir - Baku TV

Cəmiyyət
16 sentyabr 2026 605 baxış
Əhalinin nəzərinə | Hava şəraiti sizi yenə çaşbaş qoyacaq? - Baku TV CANLI

Əhalinin nəzərinə | Hava şəraiti sizi yenə çaşbaş qoyacaq? - Baku TV CANLI

Cəmiyyət
16 sentyabr 2026 605 baxış
"Yemək yoxdur, toz-torpağın içindəyik" | TIR sürücüləri niyə 2 həftədir növbə gözləyir? - Baku TV

"Yemək yoxdur, toz-torpağın içindəyik" | TIR sürücüləri niyə 2 həftədir növbə gözləyir? - Baku TV

Cəmiyyət
16 sentyabr 2026 605 baxış
ADMİU tələbələri ilə bağlı sensasiya yaradan görüntülər - Baku TV CANLI

ADMİU tələbələri ilə bağlı sensasiya yaradan görüntülər - Baku TV CANLI

Cəmiyyət
16 sentyabr 2026 605 baxış
Mərdanov qardaşları küçəsində nə baş verir?

Mərdanov qardaşları küçəsində nə baş verir?

Cəmiyyət
16 sentyabr 2026 605 baxış
“Ağacla gəzirəm, mümkün deyil axı orada...” | Əmircan sakinləri təşviş içində - Baku TV

“Ağacla gəzirəm, mümkün deyil axı orada...” | Əmircan sakinləri təşviş içində - Baku TV

Cəmiyyət
16 sentyabr 2026 605 baxış
Bakıda maşın yolunu zəbt etdilər, sakinlər özündən çıxdı - Baku TV

Bakıda maşın yolunu zəbt etdilər, sakinlər özündən çıxdı - Baku TV

Cəmiyyət
16 sentyabr 2026 605 baxış
Canlı yayımda dəhşətə gətirən söhbət | ADMİU-da qalmaqal | "Orada etdiklərini hamı bilir" - Baku TV

Canlı yayımda dəhşətə gətirən söhbət | ADMİU-da qalmaqal | "Orada etdiklərini hamı bilir" - Baku TV

Cəmiyyət
16 sentyabr 2026 605 baxış
Seçilmişlər
icon