Pleyeri seçin:

Leysan olacaq, güclü külək əsəcək | FHN-dən hava şəraiti ilə əlaqədar müraciət

15 iyun 2025 529 baxış

Fövqəladə Hallar Nazirliyi gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.

Bu barədə FHN-dən məlumat verilib.

Qeyd olunub ki, yaxın günlər ərzində bəzi ərazilərdə güclü külək əsəcəyi, fasilələrlə yağış yağacağı, yağışın ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, bəzi çaylardan qısamüddətli sel və daşqın keçəcəyi və şimşək çaxacağı proqnozlaşdırılır:

“Qeyd olunanları nəzərə alaraq Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır. Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur.

Güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.

Bundan əlavə, kiçikhəcmli gəmi istifadəçiləri belə hava şəraitində dənizə çıxmağın qadağan olduğunu nəzərə almalıdırlar. Həmçinin intensiv yağıntıların səbəb ola biləcəyi sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.

Eyni zamanda ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenə yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək lazımdır.

Həmçinin Fövqəladə Hallar Nazirliyi çimərliklərə üz tutan vətəndaşlara müraciət edərək küləkli hava şəraitində dənizə girməyin təhlükəli olduğunu xatırladır və müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırır”.

"Qeyri-adi oldu" | "Meri Poppins" tamaşasının premyerası: "Özümü tərbiyələndirirəm ki..." - Baku TV

"Qeyri-adi oldu" | "Meri Poppins" tamaşasının premyerası: "Özümü tərbiyələndirirəm ki..." - Baku TV

Cəmiyyət
27 aprel 2026 529 baxış
Evlənmək istəyən 745 nəfər bu xəstəliyin daşıyıcısı çıxdı | "Bundan qurtulmaq üçün..." - Baku TV

Evlənmək istəyən 745 nəfər bu xəstəliyin daşıyıcısı çıxdı | "Bundan qurtulmaq üçün..." - Baku TV

Cəmiyyət
27 aprel 2026 529 baxış
"TikTok" azyaşlıların önünə görün hansı videoları çıxarır | Sosial şəbəkədə gizli təhlükə - XÜLASƏ

"TikTok" azyaşlıların önünə görün hansı videoları çıxarır | Sosial şəbəkədə gizli təhlükə - XÜLASƏ

Cəmiyyət
26 aprel 2026 529 baxış
Turist qadından sumqayıtlı sevgilisi barədə iddia | Təqsirləndirilən şəxs nə cavab verdi? - Baku TV

Turist qadından sumqayıtlı sevgilisi barədə iddia | Təqsirləndirilən şəxs nə cavab verdi? - Baku TV

Cəmiyyət
26 aprel 2026 529 baxış
Bu ərazilər külək və yağışa hazır olsun | Hava haqqında məlumat - Baku TV

Bu ərazilər külək və yağışa hazır olsun | Hava haqqında məlumat - Baku TV

Cəmiyyət
26 aprel 2026 529 baxış
"Burada uzunömürlülüyün sirrini tapdıq" | Gələn geri dönmür: Bu kəndin sirri nədir? - KƏNDİNƏ QAYIT

"Burada uzunömürlülüyün sirrini tapdıq" | Gələn geri dönmür: Bu kəndin sirri nədir? - KƏNDİNƏ QAYIT

Cəmiyyət
26 aprel 2026 529 baxış
Köhnə mənzillərin bahalaşması niyə səngidi? | Ekspertlərdən açıqlama - Baku TV

Köhnə mənzillərin bahalaşması niyə səngidi? | Ekspertlərdən açıqlama - Baku TV

Cəmiyyət
26 aprel 2026 529 baxış
Yağışdan sonra coşan Künxırt şəlaləsi

Yağışdan sonra coşan Künxırt şəlaləsi

Cəmiyyət
26 aprel 2026 529 baxış
7 yaşlı Səid fitri istedadı ilə hər kəsi heyrətləndirdi - Baku TV

7 yaşlı Səid fitri istedadı ilə hər kəsi heyrətləndirdi - Baku TV

Cəmiyyət
26 aprel 2026 529 baxış
"Evimizi söküb, bizi çöllərdə qoyublar" | "Olympus" şirkəti iddialara nə cavab verdi? - Baku TV

"Evimizi söküb, bizi çöllərdə qoyublar" | "Olympus" şirkəti iddialara nə cavab verdi? - Baku TV

Cəmiyyət
26 aprel 2026 529 baxış
Seçilmişlər
icon