Pleyeri seçin:

Lizinq şirkətindən 8 avtomobil alan şəxs aldadılıb? - Baku TV

16 avqust 2026 272 baxış

Baku TV-nin qaynar xəttinə “Xalq 11” lizinq şirkəti barədə şikayət daxil olub.

Şikayətçi Murad Qədimov bildirir ki, 2025-ci ildə “Xalq 11” lizinq şirkətindən 8 avtomobil götürüb.

Onun sözlərinə görə, hər avtomobil üçün 8 min manat ilkin ödəniş edib, aylıq ödəniş isə 762 manat müəyyənləşdirilib.

Vətəndaş iddia edir ki, müqavilədə ödəniş tarixi ayın 25-i göstərilsə də, şirkətin əməkdaşı ona ödənişləri hər ayın 5-dən 5-nə qədər etməli olduğunu bildirib. O, bir müddət ödənişləri bu qaydada həyata keçirdiyini deyir.

Daha sonra maddi çətinliklərlə üzləşən şikayətçi avtomobillərdən üçünü satışa çıxarmaq qərarına gəlib. Lakin satış zamanı məlum olub ki, ödəniş gecikdiyi üçün hər avtomobilə 4185 manat məbləğində cərimə hesablanıb.

Murad Qədimov qeyd edir ki, ümumilikdə 12 min manatdan çox ödəniş edib və avtomobillərdən üçü başqa şəxslərin adına keçirilib. Şirkət tərəfindən problemin araşdırılacağı və qısa müddətdə həll ediləcəyi bildirilsə də, məsələ iki ay ərzində həllini tapmayıb.

Onun sözlərinə görə, bu müddətdə avtomobillərə yol vərəqələri də verilməyib. Buna görə də nəqliyyat vasitələrini idarə edə bilməyib və ödənişləri həyata keçirməyib:

“Yol vərəqələrini vermədikləri üçün avtomobilləri idarə edə bilmədim və iki ay avtomobillər dayanacaqda qaldı. 12 min manatlıq ödənişimlə bağlı hər hansı açıqlama vermədikləri üçün bu müddət ərzində ödəniş edə bilmədim. Sonra xəbərim olmadan gəlib avtomobilləri götürüblər və bildirdilər ki, avtomobillərim satışa çıxarılır”.

Şikayətçi ödənişlərinin və avtomobillərə hesablanan cərimələrin araşdırılmasını, məsələyə aydınlıq gətirilməsini tələb edir.

Kopyalandı
Kənd təsərrüfatı texnikası casusluq alətinə çevrilə bilər? - Baku TV

Kənd təsərrüfatı texnikası casusluq alətinə çevrilə bilər? - Baku TV

Cəmiyyət
06 sentyabr 2026 272 baxış
Şamaxıda antisanitar vəziyyət | Kanalizasiya problemi niyə həll olunmur - Baku TV

Şamaxıda antisanitar vəziyyət | Kanalizasiya problemi niyə həll olunmur - Baku TV

Cəmiyyət
06 sentyabr 2026 272 baxış
Güclü küləkdə bu yerlərdən uzaq durun | FHN-dən əhaliyə müraciət - Baku TV CANLI

Güclü küləkdə bu yerlərdən uzaq durun | FHN-dən əhaliyə müraciət - Baku TV CANLI

Cəmiyyət
06 sentyabr 2026 272 baxış
"Heç bir kənddə bu qədər it yoxdur" | Buzovna sakinləri ayağa qalxdı - Baku TV

"Heç bir kənddə bu qədər it yoxdur" | Buzovna sakinləri ayağa qalxdı - Baku TV

Cəmiyyət
06 sentyabr 2026 272 baxış
Xətai sakinlərindən qanunsuz tikinti iddiası | Babək prospektində nə baş verir? - Baku TV

Xətai sakinlərindən qanunsuz tikinti iddiası | Babək prospektində nə baş verir? - Baku TV

Cəmiyyət
06 sentyabr 2026 272 baxış
Valideyn himayəsindən məhrum uşaqlar üçün mühüm addım - Baku TV

Valideyn himayəsindən məhrum uşaqlar üçün mühüm addım - Baku TV

Cəmiyyət
06 sentyabr 2026 272 baxış
Həndbolçuların zalı əllərindən alındı? | ABU Arenadan suallara niyə cavab gəlmədi? - Baku TV

Həndbolçuların zalı əllərindən alındı? | ABU Arenadan suallara niyə cavab gəlmədi? - Baku TV

Cəmiyyət
06 sentyabr 2026 272 baxış
Şanlıurfanın zəngin tarixi və mədəniyyəti Bakıda xüsusi proqramla təqdim olunur - Baku TV

Şanlıurfanın zəngin tarixi və mədəniyyəti Bakıda xüsusi proqramla təqdim olunur - Baku TV

Cəmiyyət
06 sentyabr 2026 272 baxış
Vətən müharibəsi iştirakçısı Şuşada daşlara həkk olunan məsuliyyətsizlikdən danışdı - Baku TV

Vətən müharibəsi iştirakçısı Şuşada daşlara həkk olunan məsuliyyətsizlikdən danışdı - Baku TV

Cəmiyyət
05 sentyabr 2026 272 baxış
Göygöldə keçirilən III Moruq Festivalından maraqlı anlar - Baku TV

Göygöldə keçirilən III Moruq Festivalından maraqlı anlar - Baku TV

Cəmiyyət
05 sentyabr 2026 272 baxış
Seçilmişlər
icon