Pleyeri seçin:

Mərhum Hacıbaba Bağırovun qızı Şölə Bağırova atası ilə bağlı xatirələrini bölüşdü

09 oktyabr 2024 273 baxış

Mərhum Xalq artisti, görkəmli sənətkar Hacıbaba Bağırovun qızı Şölə Bağırova atası ilə bağlı xatirələrini bölüşüb.

Hazırda Ankarada təhsil alan 22 yaşlı Şölə Bağırova Medianews.az-a bildirib ki, atasının anım günü səbəbi ilə Bakıya gəlib:

“Atamın çalışdığı Azərbaycan Dövlət Akademik Musiqili Teatra getdim. Bir neçə tamaşaya baxmamışdım, onlara gedib baxdım. Teatrda Üzeyir Hacıbəyli həftəsi idi. “Məşədi İbad”, “Leyli və Məcnun” və s. tamaşalara baxdım. Teatrda atam haqqında danışıb onu yad etdilər”.

İllər əvvəl atasını itirən Şölə Bağırova ona çox ehtiyacı olduğunu bildirib:

“Hər qız övladının atasına ehtiyacı olur. Mənim də bu gün atama çox ehtiyacım var. Sözsüz ki, anam heç vaxt mənə atasızlığı hiss etdirməyib. Atamdan sonra anamı arxamda özümə dağ kimi görmüşəm.

O həm təhsilimlə maraqlanıb, həm də bütün ehtiyaclarımı ödəyib. Amma atanın yeri tam başqadır. Onun üçün bir gözüm hər zaman arxada qalıb. Əlbəttə, elə sözlər olub ki, mən onu heç kimlə bölüşməmişəm, kimsəyə deməmişəm. O sözlərin ünvanı atam olub. Təəssüf ki, mən onu erkən itirdim. Atamı itirəndə hələ yeni-yeni dil açırdım”.

Mərhumun qızı qeyd edib ki, atasının arzusu onu həkim kimi görmək olub:

“Siyasətə bağlı olduğumdan fikrimdən döndüm. Həkimlik və hüquq fakültələrini də qazanmışdım, amma mən siyasəti seçdim. Uşaq olanda aktrisa da olmaq istəyirdim. Lakin sonradan düşündüm ki, bu sənət sonsuzdur. Yəni ömrünün axırına qədər öyrənməlisən, çalışmalısan. Məni bu qorxutmadı. Sadəcə düşündüm və ehtiyat etdim ki, atam kimi sənətkar ola bilmərəm. Həqiqətən də, düz fikirləşmişəm”.

“Burada hamı onun nəvəsidir” | Kəmalə uzunömürlülüyün sirrini bu kənddə tapdı? - KƏNDİNƏ QAYIT

“Burada hamı onun nəvəsidir” | Kəmalə uzunömürlülüyün sirrini bu kənddə tapdı? - KƏNDİNƏ QAYIT

Cəmiyyət
21 dekabr 2025 273 baxış
AZAL qəzasında həlak olanların ailələri Aktauya getdi - Baku TV

AZAL qəzasında həlak olanların ailələri Aktauya getdi - Baku TV

Cəmiyyət
21 dekabr 2025 273 baxış
Şamaxılı 87 yaşlı Camal nənənin gənclərə tövsiyələri - Baku TV

Şamaxılı 87 yaşlı Camal nənənin gənclərə tövsiyələri - Baku TV

Cəmiyyət
21 dekabr 2025 273 baxış
"Yeni il karvanı" sirk şousu | Bakı Dövlət sirkinin möhtəşəm təqdimatı - Baku TV

"Yeni il karvanı" sirk şousu | Bakı Dövlət sirkinin möhtəşəm təqdimatı - Baku TV

Cəmiyyət
21 dekabr 2025 273 baxış
Azərbaycanda bir ilk | Balaca boylu aktyorların teatrı fəaliyyətə başladı - Baku TV

Azərbaycanda bir ilk | Balaca boylu aktyorların teatrı fəaliyyətə başladı - Baku TV

Cəmiyyət
21 dekabr 2025 273 baxış
“Dedi, gəl qızımı al, evimi də verirəm” | İnternatda böyüyən ata 9 uşağı necə saxlayıb?

“Dedi, gəl qızımı al, evimi də verirəm” | İnternatda böyüyən ata 9 uşağı necə saxlayıb?

Cəmiyyət
20 dekabr 2025 273 baxış
Xankəndinin Kərkicahan qəsəbəsinə ilk köç | Sakinlər hisslərini bölüşdü - Baku TV

Xankəndinin Kərkicahan qəsəbəsinə ilk köç | Sakinlər hisslərini bölüşdü - Baku TV

Cəmiyyət
20 dekabr 2025 273 baxış
“Həyatıma girən kişilər ilk bu sualı verir” | Fitnes model Günay “Qapqara”da hansı sirrini açdı?

“Həyatıma girən kişilər ilk bu sualı verir” | Fitnes model Günay “Qapqara”da hansı sirrini açdı?

Cəmiyyət
20 dekabr 2025 273 baxış
“WorldSkills Shanghai 2026” yarışına hazırlıq | Kibertəhlükəsizlikdə ölkəmizi 2 gənc təmsil edəcək

“WorldSkills Shanghai 2026” yarışına hazırlıq | Kibertəhlükəsizlikdə ölkəmizi 2 gənc təmsil edəcək

Cəmiyyət
20 dekabr 2025 273 baxış
Araik Arutyunyan məhkəmədə nələri etiraf etdi?

Araik Arutyunyan məhkəmədə nələri etiraf etdi?

Cəmiyyət
20 dekabr 2025 273 baxış
Seçilmişlər
icon