Pleyeri seçin:

Metrodakı problemlə bağlı rəsmi açıqlama | Qatar depoya göndərildi

04 dekabr 2024 490 baxış

“Bakı Metropoliteni”nin “Əhmədli”-“Dərnəgül” marşrutu üzrə hərəkət edən qatar “28 May” stansiyasında olan zaman texniki nasazlıq ehtimalı yaranıb. Bu səbəbdən maşinistin qərarı və dispetçerə verdiyi məlumat əsasında sərnişinlərin düşürülməsi, qatarın yoxlanılması zərurəti yaranıb”.

Bunu “Bakı Metropoliteni”nin sözçüsü Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, qatar sənişinsiz olaraq yoxlanan zaman texniki nasazlığın olduğu təsdiqini tapıb və elektrik deposuna göndərilib:

“Bunun əvəzinə xəttə ehtiyat qatar buraxılıb. Hadisə gur saatda – 18:20-də, həm də “28 May” kimi sərnişinlərin sıxlığı ilə müşahidə olunan stansiyada baş verdiyinə görə onların qatardan düşürülməsi kifayət qədər zaman alıb”.

B.Məmmədov əlavə edib ki, bir saat ərzində qatarların hərəkətinin intervallara uyğun tənzimlənməsi prosesi həyata keçirilib:

“28 May” və “Elmlər Akademiyası” kimi sərnişin axınının xüsusi sıxlığı ilə seçilən stansiyalarda girişdən başlamaqla buraxılış-nəzarət mexanizmləri xüsusi olaraq gücləndirilib.

Bir sıra hallarda sərnişinlərin girişinə qısamüddətli məhdudiyyətlər tətbiq olunub. Bunun da əsas səbəbi “Bakı Metropoliteni”nin adıçəkilən stansiyalarında platforma səviyyəsinin ifrat dərəcədə yüklənmədən qorunması olub”.

Əlavə olunub ki, tənzimləmədən sonra “Bakı Metropoliteni”nin xətlərində hərəkət normallaşıb və hazırda da bütün proseslər texniki normativlərin tələbinə uyğun olaraq icra edilir. 

“Din inkişafdan saxlayır” fikrinə şair Kamal Hüseynzadədən iddialı cavab - AMİN

“Din inkişafdan saxlayır” fikrinə şair Kamal Hüseynzadədən iddialı cavab - AMİN

Cəmiyyət
24 sentyabr 2026 490 baxış
Zəngilanın daha bir kəndində müasir infrastruktur yaradılıb | 242 yaşayış evi tikilib - Baku TV

Zəngilanın daha bir kəndində müasir infrastruktur yaradılıb | 242 yaşayış evi tikilib - Baku TV

Cəmiyyət
24 sentyabr 2026 490 baxış
Azərbaycanlıların vizasız gedə biləcəyi ölkələrin sayı artır - Baku TV

Azərbaycanlıların vizasız gedə biləcəyi ölkələrin sayı artır - Baku TV

Cəmiyyət
24 sentyabr 2026 490 baxış
Cəlilabadda görünməmiş tapıntı | Qazıntılar zamanı görün nələr üzə çıxdı - Baku TV

Cəlilabadda görünməmiş tapıntı | Qazıntılar zamanı görün nələr üzə çıxdı - Baku TV

Cəmiyyət
24 sentyabr 2026 490 baxış
Yaşadıqları binanın bloklarına kanalizasiya suları yığılır

Yaşadıqları binanın bloklarına kanalizasiya suları yığılır

Cəmiyyət
24 sentyabr 2026 490 baxış
Məktəbdə çəkilişi biləndə görün nə etdilər | "Qarşımıza çıxın, nə etmək istəyirsiniz?!” - Baku TV

Məktəbdə çəkilişi biləndə görün nə etdilər | "Qarşımıza çıxın, nə etmək istəyirsiniz?!” - Baku TV

Cəmiyyət
24 sentyabr 2026 490 baxış
Paytaxt və bölgələrdə sabah hava necə olacaq? - Baku TV CANLI

Paytaxt və bölgələrdə sabah hava necə olacaq? - Baku TV CANLI

Cəmiyyət
24 sentyabr 2026 490 baxış
“Dedilər, əlimizdən heç nə gəlmir” | Valideynlər niyə övladlarını məktəbə göndərmir? - Baku TV

“Dedilər, əlimizdən heç nə gəlmir” | Valideynlər niyə övladlarını məktəbə göndərmir? - Baku TV

Cəmiyyət
24 sentyabr 2026 490 baxış
“Sizi öldürə bilər” | Pula görə orqanlarını satanlara xəbərdarlıq | “Ailəm üçün edirəm” - Baku TV

“Sizi öldürə bilər” | Pula görə orqanlarını satanlara xəbərdarlıq | “Ailəm üçün edirəm” - Baku TV

Cəmiyyət
24 sentyabr 2026 490 baxış
Sosial şəbəkədə orqan satışı | “Böyrəyimi satıram” elanlarının arxasında nə var? - Baku TV CANLI

Sosial şəbəkədə orqan satışı | “Böyrəyimi satıram” elanlarının arxasında nə var? - Baku TV CANLI

Cəmiyyət
24 sentyabr 2026 490 baxış
Seçilmişlər
icon