Pleyeri seçin:

“Deyirlər ki, sənə düşmür” | Ağır xəsarətləri olan Raqilin əlilliyi niyə dayandırıldı? - Baku TV

23 sentyabr 2026 271 baxış

Cəmi 24 yaşı var. Lakin gənc yaşında müharibənin ən ağır üzünü görüb, döyüş meydanında həyatını riskə atıb. Söhbət Raqil Hüseynovdan gedir.

O, Vətən müharibəsi zamanı Talış kəndi, Suqovuşan və Ağdam istiqamətlərində gedən döyüşlərdə iştirak edib. Cəmi üç ay əsgər kimi xidmət etsə də, həmin müddətdə ağır döyüşlərin iştirakçısına çevrilib.

Vətən müharibəsi iştirakçısı 2020-ci ilin oktyabrın 4-də minamyot mərmisinin partlaması nəticəsində ağır yaralanıb.

Döyüşlərdə iştirakına görə “Ağdamın azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub. Lakin döyüş meydanında aldığı xəsarətlər onun həyatında sağalmaz izlər buraxıb.

Raqilin sözlərinə görə, hər iki əlindən ağır xəsarət alıb, barmaqları amputasiya olunub, sağ əlində sinir zədələnməsi var. Boğaz nahiyəsindən aldığı qəlpə yarası nəticəsində isə ciddi sağlamlıq problemləri yaranıb.

Müharibə iştirakçısının sözlərinə görə, əlillik ödənişi may ayından dayandırılıb. O bildirir ki, aldığı xəsarətlər və gündəlik həyatında üzləşdiyi məhdudiyyətlər davam etdiyi halda, əlillik statusunun niyə yenidən müəyyən edilmədiyini anlamır.

R.Hüseynov deyir ki, hazırda ailəsini dolandırmaq üçün fəhləlik edir: “Deyirlər ki, sənə əlillik düşmür. Küçələrə düşüb, fəhləlik edirəm. Anam əlildir, atam da işsiz. Pensiyamla dərmanımı alır, müalicəmi etdirirdim”.

Banner
Fabrik ərazisində 12 ev tikilib? - “Qanunsuzdur, işin ən qəribə tərəfi odur ki...” - Baku TV

Fabrik ərazisində 12 ev tikilib? - “Qanunsuzdur, işin ən qəribə tərəfi odur ki...” - Baku TV

Cəmiyyət
10 noyabr 2026 271 baxış
“1 km yolu niyə dönməliyəm?!” | Sakinlər etiraz edir | “Hər ay 1-2 nəfər ölür burada” - Baku TV

“1 km yolu niyə dönməliyəm?!” | Sakinlər etiraz edir | “Hər ay 1-2 nəfər ölür burada” - Baku TV

Cəmiyyət
10 noyabr 2026 271 baxış
“Onda bizə təyyarə alın, elə gedək!” | Tikinti şirkəti özbaşınalıq etdi, çəkilişdən sonra isə...

“Onda bizə təyyarə alın, elə gedək!” | Tikinti şirkəti özbaşınalıq etdi, çəkilişdən sonra isə...

Cəmiyyət
10 noyabr 2026 271 baxış
Paytaxt və bölgələrdə hava necə olacaq? - Baku TV CANLI

Paytaxt və bölgələrdə hava necə olacaq? - Baku TV CANLI

Cəmiyyət
10 noyabr 2026 271 baxış
Binəqədidə sakinlər kanalizasiya probleminə görə çətin vəziyyətdə - Baku TV CANLI

Binəqədidə sakinlər kanalizasiya probleminə görə çətin vəziyyətdə - Baku TV CANLI

Cəmiyyət
10 noyabr 2026 271 baxış
Masazırda hər an faciə yaşana bilər | Təhlükəli vəziyyət niyə həll edilmir? - Baku TV CANLI

Masazırda hər an faciə yaşana bilər | Təhlükəli vəziyyət niyə həll edilmir? - Baku TV CANLI

Cəmiyyət
10 noyabr 2026 271 baxış
“Belə faciəni düşünmək də çətindir” | Masazırda yüzlərlə şagird risk altındadır - Baku TV

“Belə faciəni düşünmək də çətindir” | Masazırda yüzlərlə şagird risk altındadır - Baku TV

Cəmiyyət
10 noyabr 2026 271 baxış
Eyni əmək, fərqli maaş | Qadınlarla kişilərin əmək haqları arasındakı müxtəlifliyin səbəbi nədir?

Eyni əmək, fərqli maaş | Qadınlarla kişilərin əmək haqları arasındakı müxtəlifliyin səbəbi nədir?

Cəmiyyət
10 noyabr 2026 271 baxış
Piyada səkisinə niyə dirək basdırılıb? | Xırdalanda tikinti şirkəti hasar çəkmək üçün yola girir?

Piyada səkisinə niyə dirək basdırılıb? | Xırdalanda tikinti şirkəti hasar çəkmək üçün yola girir?

Cəmiyyət
10 noyabr 2026 271 baxış
"Sübut etdim ki, özüm almışam" | Etibarnaməni ləğv etdi, oğurlanıb deyə polisə şikayət etdi

"Sübut etdim ki, özüm almışam" | Etibarnaməni ləğv etdi, oğurlanıb deyə polisə şikayət etdi

Cəmiyyət
10 noyabr 2026 271 baxış
Seçilmişlər
icon