Pleyeri seçin:

"Mikrob keçib bizə, deyirlər ki..." | Sabunçu Tibb Mərkəzi ilə bağlı sensasiyalı iddia - Baku TV

28 avqust 2026 186 baxış

Sabunçu Tibb Mərkəzində üç ildən çoxdur hemodializ müalicəsi alan Günel Yıldırım son dövrlərdə səhhətində yaranan problemə görə ciddi narahatlıq keçirir.

Onun sözlərinə görə, iki həftədən çoxdur ki, dializə girdikdən təxminən bir saat sonra onda və digər xəstələrdə üşütmə başlayır:

“Soruşuruq ki, bu vəziyyətin sonu necə olacaq? Deyirlər, hələlik gəlməyin, özəl klinikaya gedin, biz bunun çarəsini tapa bilmirik. Demək olar ki, bütün xəstələrdə bu hal müşahidə olunur. Kateteri olan xəstələrə bunun infeksiya ilə bağlı ola biləcəyi deyilir. Amma bununla bağlı bizdən hər hansı analiz götürülməyib”.

Nefroloq Kamil Müslümovun sözlərinə görə, hemodializ zamanı üşütmə və bu kimi hallar kateterdə infeksiya ilə əlaqəli ola bilər.

“Pasiyentlər infeksionistə müraciət etməli, müəyyən tibbi müayinələrdən keçməlidirlər. Müayinələrin nəticələrinə əsasən müvafiq müalicə aparılmalıdır. Müvəqqəti kateterlər bir həftədən üç həftəyə qədər, daimi kateterlər isə 6 aydan 18 aya qədər istifadə olunur. Bu müddətdən artıq istifadə zamanı belə hallar baş verə bilər”, – deyə mütəxəssis əlavə edib.

İddialarla bağlı Sabunçu Tibb Mərkəzindən bildirilib ki, hemodializ müalicəsi alan pasiyentlərin immun sistemi daha həssas olduğundan, onlarda infeksion xəstəliklərin yaranma riski yüksəkdir. Bu səbəbdən TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrinin hemodializ şöbələrində dezinfeksiya və sterilizasiya tədbirləri mütəmadi həyata keçirilir, aseptika və antiseptika qaydalarına ciddi nəzarət olunur.

Qeyd edək ki, hemodializ prosedurunun uzunmüddətli kateter vasitəsilə aparılması bəzi hallarda pasiyentlərdə qızdırma və digər reaksiyalara səbəb ola bilər. Qızdırma müşahidə olunan hallarda pasiyentlər müayinəyə cəlb olunaraq müvafiq müalicə ilə təmin edilirlər.

Banner
Artıq çəki orqanizmin müdafiə hüceyrələrinə təsir edir

Artıq çəki orqanizmin müdafiə hüceyrələrinə təsir edir

Cəmiyyət
25 oktyabr 2026 186 baxış
Çox hərəkət etmək diqqəti gücləndirə bilər

Çox hərəkət etmək diqqəti gücləndirə bilər

Cəmiyyət
25 oktyabr 2026 186 baxış
"31 min manat pul ödəmişik, ortada heç nə yoxdur" | Xırdalanda sakinlər niyə qazsız qalıb? - Baku TV

"31 min manat pul ödəmişik, ortada heç nə yoxdur" | Xırdalanda sakinlər niyə qazsız qalıb? - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 186 baxış
Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür - Baku TV CANLI

Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür - Baku TV CANLI

Cəmiyyət
25 oktyabr 2026 186 baxış
Qubadlı azadlığının 6-cı ili | 25 oktyabrın tarixi əhəmiyyəti yenidən xatırlanır - Baku TV

Qubadlı azadlığının 6-cı ili | 25 oktyabrın tarixi əhəmiyyəti yenidən xatırlanır - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 186 baxış
98 illik fasilədən sonra “Turandot” operası Bakıda yenidən təqdim edilir - Baku TV

98 illik fasilədən sonra “Turandot” operası Bakıda yenidən təqdim edilir - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 186 baxış
Zaqatalada leysan və dolu sakinlərə çətin anlar yaşatdı - Baku TV

Zaqatalada leysan və dolu sakinlərə çətin anlar yaşatdı - Baku TV

Cəmiyyət
24 oktyabr 2026 186 baxış
Zaqatalanın Yuxarı Tala və Ələskər kəndlərində dolu təsərrüfatlara ziyan vurub - Baku TV CANLI

Zaqatalanın Yuxarı Tala və Ələskər kəndlərində dolu təsərrüfatlara ziyan vurub - Baku TV CANLI

Cəmiyyət
24 oktyabr 2026 186 baxış
Balaxanıda keçirilən "Balqabaq Festivalı" ziyarətçilərə maraqlı anlar yaşadır - Baku TV

Balaxanıda keçirilən "Balqabaq Festivalı" ziyarətçilərə maraqlı anlar yaşadır - Baku TV

Cəmiyyət
24 oktyabr 2026 186 baxış
Bakıda Zeytun Festivalının ikinci günü davam edir - Baku TV

Bakıda Zeytun Festivalının ikinci günü davam edir - Baku TV

Cəmiyyət
24 oktyabr 2026 186 baxış
Seçilmişlər
icon