Mina qurbanlarının rəsmi sayı açıqlandı | Ağır mirasın fəsadları nə vaxt tam bitəcək? - Baku TV
"Minalar Ermənistan-Azərbaycan münaqişəsinin ən ağır miraslarından biri olaraq qalmaqdadır və hərbi əməliyyatların dayandırılmasından uzun müddət keçməsinə baxmayaraq, insan həyatına son qoymaqda davam edir".
Bu barədə Prezidentin köməkçisi Hikmət Hacıyev sosial media hesabında paylaşım edib.
O, rəsmi statistikanı diqqətə çatdıraraq bildirib ki, 2020-ci il noyabrın 10-dan bəri Azərbaycanda 427 mina qurbanı qeydə alınıb:
"Onlardan 73-ü həlak olub, 354-ü isə müxtəlifdərəcəli bədən xəsarətləri alıb. Mina qurbanlarından 231-i mülki şəxslərdir. 1991-ci ildən bəri isə ümumi mina qurbanlarının sayı 3 500 nəfəri ötüb ki, onların da arasında 362 uşaq və gənc, həmçinin 38 qadın var".
Hikmət Hacıyev vurğulayıb ki, faciəvi insan itkiləri ilə yanaşı, ərazilərin minalarla kütləvi şəkildə çirkləndirilməsi köçkün ailələrin təhlükəsiz qayıdışı, azad edilmiş ərazilərin yenidən qurulması, iqtisadi inkişaf və kənd təsərrüfatı üçün əsas maneə olaraq qalır:
"Aşkar edilən və təmizlənən hər bir mina təkcə xilas edilmiş potensial insan həyatı deyil, həm də bərpa prosesinə doğru atılmış addımdır. Mina təmizləmə fəaliyyəti təkcə təhlükəsizlik məsələsi deyil, həm də humanitar zərurət, dayanıqlı yenidənqurma və inkişaf üçün əsas şərtdir".
#Mina qurbanları teqi istifadə olunub
- “BakıKart”ın qiyməti artır | Moskvadan sərt çıxış | Zelenskinin gizli mesajları - YENİ BİR SƏHƏR
- Son 30 ildə 3500-dən çox soydaşımız mina qurbanı olub - Baku TV
- Vətən müharibəsindən sonra neçə dəfər mina qurbanı oldu? | AÇIQLAMA
- Ermənilərin bu əməlləri ciddi təhlükə yaratdı | Dəhşətli statistika
- Prezidentin köməkçisi "X" hesabından paylaşım edib
