Cəmiyyət
Pleyeri seçin:
Müdafiə Nazirliyindən Laçının atəşə tutulması barədə təcili məlumat
Yanvarın 5-i saat 22:00-dan 22:10-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Gorus rayonunun Dığ və Xanazax istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Zabux və Cağazur yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, son günlər Ermənistan Silahlı Qüvvələrinin bölmələri mövqelərimizi bir neçə dəfə atəşə tutub və bütün bu hallar aidiyyəti üzrə qeydiyyata alınıb.
Kopyalandı
Seçilmişlər