Pleyeri seçin:
Müdafiə Nazirliyindən mina partlayışı ilə bağlı təcili məlumat
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Sentyabrın 24-ü saat 17:35 radələrində Azərbaycan Ordusuna məxsus “KamAZ” markalı hərbi nəqliyyat vasitəsi minaya düşüb.
Müdafiə Nazirliyindən verilən məlumata görə, mövqelərimizin təminat yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış tank əleyhinə minanın partlaması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Şadmanov Əkrəm Yunis oğlu və Seyidov Tural İslam oğlu şəhid olub.
Digər hərbi qulluqçumuz Əliyev Elvin Taleh oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq yaralanıb. Yaralı hərbçimizə ilkin tibbi yardım göstərildikdən sonra o, dərhal yaxınlıqdakı hərbi tibb müəssisəsinə təxliyə edilib. Vəziyyəti stabildir, həyatı üçün heç bir təhlükə yoxdur.
Kopyalandı
#Azərbaycan Ordusu teqi istifadə olunub
- 62 nəfərlik qrupun aqibəti - QARABAĞ XRONİKASI
- Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür - Baku TV
- Oktyabrın 17-si Füzuli Şəhəri Günüdür - Baku TV
- Hadrut uğrunda döyüş: Paşinyanın hesablamaları niyə alt-üst oldu? - QARABAĞ XRONİKASI
- Azərbaycanın yeni müdafiə strategiyası: ordu üçün nə dəyişəcək? - AKTUAL GÜNDƏM
