Pleyeri seçin:

Hadrut uğrunda döyüş: Paşinyanın hesablamaları niyə alt-üst oldu?

09 oktyabr 2026 16 baxış

“Qarabağ xronikası”nın budəfəki buraxılışında İkinci Qarabağ müharibəsi zamanı Hadrut istiqamətində həyata keçirilən əməliyyatların hərbi-strateji əhəmiyyətindən bəhs olunub.

Bildirilib ki, Hadrutun coğrafi mövqeyi, ətrafındakı hakim yüksəkliklər və burada cəmləşən düşmən qüvvələri qəsəbəni cənub cəbhəsinin əsas hərbi-strateji məntəqələrindən birinə çevirib.

Cəbrayılın azad edilməsindən sonra Hadrut istiqamətində əməliyyatların inkişaf etdirilməsi Azərbaycan Ordusunun sağ cinahının təhlükəsizliyinin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyıb.

Qeyd olunub ki, düşmən Hadrut müdafiəsini gücləndirmək üçün müxtəlif istiqamətlərdən əlavə qüvvələr və zirehli texnika cəlb edib. Oktyabrın 7-də Azərbaycan bölmələrinin təminat xətlərini təhdid etmək və irəliləyişini dayandırmaq məqsədilə genişmiqyaslı zirehli əks-hücum həyata keçirilib. Lakin bu cəhd nəticə verməyib və Azərbaycan Ordusu əməliyyat təşəbbüsünü qoruyub saxlayıb.

Əlavə edilib ki, Azərbaycan xüsusi təyinatlılarının cinahlardan irəliləməsi, hakim yüksəkliklərə və əsas kommunikasiya xətlərinə nəzarətin ələ keçirilməsi düşmənin müdafiə sistemində ciddi pozuntular yaradıb.

Oktyabrın 8-də Azərbaycan xüsusi təyinatlılarının kiçik qrupları Hadruta daxil olaraq axtarış əməliyyatlarına başlayıb. Oktyabrın 9-da isə qəsəbənin azad edilməsi ilə bağlı mühüm mərhələ qeydə alınıb.

Vurğulanıb ki, Hadrutun azad edilməsindən sonra düşmənin qəsəbəni geri qaytarmaq cəhdləri uğursuzluqla nəticələnib. Oktyabrın 11-12-də baş verən döyüşlərdə Ermənistan Silahlı Qüvvələrinin ayrı-ayrı bölmələri ciddi itkilər verib, Azərbaycan Ordusu isə müdafiənin dərinliyində fəaliyyətini davam etdirib.

Nəticə etibarilə, Hadrutun və ətrafdakı hakim yüksəkliklərin nəzarətə götürülməsi Azərbaycan Ordusunun qarşısında Füzuli, Arazboyu Zəngilan, Qubadlı və Şuşa istiqamətlərində yeni əməliyyat imkanları açıb. Bu uğur cənub cəbhəsində hərbi əməliyyatların coğrafiyasının genişlənməsində mühüm rol oynayıb.

Banner
Prezident Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında çıxış etdi - Baku TV

Prezident Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında çıxış etdi - Baku TV

Siyasət
09 oktyabr 2026 16 baxış
Azərbaycanın beynəlxalq nüfuzu yeni mərhələdə - Baku TV

Azərbaycanın beynəlxalq nüfuzu yeni mərhələdə - Baku TV

Siyasət
09 oktyabr 2026 16 baxış
Prezident MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclasında iştirak etdi - Baku TV

Prezident MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclasında iştirak etdi - Baku TV

Siyasət
09 oktyabr 2026 16 baxış
Azərbaycan Avropa Siyasi Birliyinin Zirvə görüşünə ev sahibliyi edəcək - Baku TV

Azərbaycan Avropa Siyasi Birliyinin Zirvə görüşünə ev sahibliyi edəcək - Baku TV

Siyasət
09 oktyabr 2026 16 baxış
Xəzəryanı dövlətlər ekoloji problemlərin həlli üçün bir araya gəldilər - Baku TV

Xəzəryanı dövlətlər ekoloji problemlərin həlli üçün bir araya gəldilər - Baku TV

Siyasət
09 oktyabr 2026 16 baxış
Azərbaycan-Ermənistan sülhü Trampı Nobelə yaxınlaşdıracaq? - Baku TV

Azərbaycan-Ermənistan sülhü Trampı Nobelə yaxınlaşdıracaq? - Baku TV

Siyasət
09 oktyabr 2026 16 baxış
Bakıdakı konfransda gənclərin milli-mənəvi tərbiyəsi ilə bağlı nələr müzakirə edilir? - Baku TV

Bakıdakı konfransda gənclərin milli-mənəvi tərbiyəsi ilə bağlı nələr müzakirə edilir? - Baku TV

Siyasət
09 oktyabr 2026 16 baxış
Şimal–Cənub dəhlizi və Orta Dəhliz uğrunda mübarizə: Avazada hansı qərarlar verilə bilər?

Şimal–Cənub dəhlizi və Orta Dəhliz uğrunda mübarizə: Avazada hansı qərarlar verilə bilər?

Siyasət
09 oktyabr 2026 16 baxış
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak etdi - Baku TV

İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak etdi - Baku TV

Siyasət
09 oktyabr 2026 16 baxış
Prezident MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - Baku TV CANLI

Prezident MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - Baku TV CANLI

Siyasət
09 oktyabr 2026 16 baxış
Seçilmişlər
icon