Nahidin ən böyük hədiyyəsi o oldu | Şəhidin həyat yoldaşından ürəkdağlayan sözlər
Baku TV Vətən müharibəsi şəhidi Nahid Mikayılovun evindən reportaj hazırlayıb.
Ön xətdə düşmənlə üz-üzə döyüşən igidlərimizdən olan Nahid Mikayılovun həyat yoldaşı Jalə Mikayılova onunla bağlı xatirələrini bölüşüb.
J.Mikayılova söyləyib ki, şəhidimizin ən böyük arzularından biri övladlarının ali təhsil alması olub.
“Nahid 38 il ömür yaşadı. Bu ömrə sığdırmadığı hekayəsi qalmadı. Neçə dəfə yuxuma girib “yanınızdayam, uzağa getməmişəm” deyib. Nahiddən sonrakı ilk ad günümdə yuxuda gördüm ki, stol ətrafına yığışıb onun şəkillərinə baxırıq. Əlini kürəyimə vurub “Jalə, mən səninlə fəxr edirəm” dedi. Bu mənim üçün Nahidin ən böyük hədiyyəsi oldu”, – deyə o sözlərinə əlavə edib.
Şəhidin həyat yoldaşı onu da qeyd edib ki, həyat yoldaşının xatirəsini əbədi yaşatmaq üçün kiçik övladının adını Nahid qoyub.