Cəmiyyət
Pleyeri seçin:
Oğlumu soruşdum, morqu göstərdilər | Öldürülən polis Mahirin yasından görüntülər | ARZUNUN VAXTI
“Uşaqlıqdan polis olmağa həvəsi vardı. “Arka Sokaklar” serialına baxa-baxa polis olmaq ümidi ilə böyümüşdü. Oğlum arzusuna çatdı”.
Bunu Bakıda keçirilən əməliyyat zamanı həlak olan polis serjantı Mahir Ağayevin atası Mayıl Xanağaoğlu Baku TV-yə açıqlamasında deyib.
“Səhər zəng etdilər ki, belə bir hadisə olub. Böyük oğluma “Mahirə zəng et” dedim. Zəng etdi, açmadı. Bildim ki, nəsə pis hadisə olub. Amma ümid edirdim ki, yaralı vəziyyətdə xəstəxanadadır, sağdır. Xəstəxananın həyətinə girəndə mühafizədən oğlumu soruşdum. Morqu göstərəndə bildim ki, iş işdən keçib, onda ayaqlarım yerdən kəsildi”, – atası söyləyib.
Qeyd edək ki, polis serjantı Mahir Ağayev nişanlı idi, bir neçə aydan sonra toyu olacaqdı.
Kopyalandı
Seçilmişlər