Pleyeri seçin:

Oğlumun həyatının nöqtəsi qəfil qoyuldu | Anası Mirhəmidin ölüm xəbərini necə öyrəndi?

09 fevral 2025 146 baxış

Baku TV-də Vətən müharibəsi şəhidi, Azərbaycan Ordusunun əsgəri Mirhəmid Qasımlı haqqında reportaj yayımlanıb.

Mirhəmid Qasımlı 2020-ci il sentyabrın 27-də ərazilərimizin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayıl, Füzuli və Xocavənd rayonları istiqamətində savaşıb, oktyabrın 21-də Füzuli uğrunda döyüşlərdə şəhid olub.

Oğlu ilə bağlı xatirələrindən söz açan şəhidin anası Raziyə Qasımova Mirhəmidin qeyri-adi biri olduğunu deyib:

“Çox ağıllı uşaq idi. 26 illik ömründə mən ondan heç vaxt inciməmişəm. Analar var ki, övladından şikayət edir. Mənim oğlum qeyri-adi uşaq idi. Hamı onu çox istəyirdi. İdmanı sevirdi, 8-ci sinifdə dedi ki, dünya arenasına çıxmaq istəyirəm. Hətta məşqçi onu küçədə görüb idmana yönəltmişdi. O qədər cəld idi ki, dedilər, bu uşağı bizə verin, yetişdirək”.

Şəhid anasının sözlərinə görə, oğlu müharibəyə könüllü yollanıbmış:

“Mən birdən müharibə olar deyə qorxurdum. O da “Orada vuruşanlar məndən əskikdir?” deyirdi. Sentyabrın 21-i qapıdan çıxanda dedim ki, Miri, getmə. Söylədi ki, ana, nə danışırsan, qapımıza gəlsinlər, biabır olaq? Qardaşı Mircavada “Mən şəhid olacağam, anamı ağlamağa qoyma” deyə tapşırıb. Oktyabrın 21-i şəhid oldu, 24-ü xəbər tutduq. Məndən halallıq almaq istəyib. Amma qazi dostu qoymayıb, deyib ki, ananı qorxutma”.

Raziyə Qasımova oğlunun şəhid olması xəbərini necə alması barədə də danışıb:

“Bizə zəng gəldi ki, uşaqlar onu gətiriblər, gəlin, baxın. Mən eşitmişdim ki, icradan şəhid xəbərini vermək üçün zəng edirlər. Onda bildim, övladım şəhid olub. Subay idi, evlənmək istəyirdi. Sevdiyi var idi, böyük oğlum evlənmirdi, deyirdi ki, ay ana, qoy, evlənməsin, mən özüm ailə həyatı quracağam. Qəfil müharibəyə getdi, həyatının nöqtəsi qoyuldu”.

“Burada hamı onun nəvəsidir” | Kəmalə uzunömürlülüyün sirrini bu kənddə tapdı? - KƏNDİNƏ QAYIT

“Burada hamı onun nəvəsidir” | Kəmalə uzunömürlülüyün sirrini bu kənddə tapdı? - KƏNDİNƏ QAYIT

Cəmiyyət
21 dekabr 2025 146 baxış
AZAL qəzasında həlak olanların ailələri Aktauya getdi - Baku TV

AZAL qəzasında həlak olanların ailələri Aktauya getdi - Baku TV

Cəmiyyət
21 dekabr 2025 146 baxış
Şamaxılı 87 yaşlı Camal nənənin gənclərə tövsiyələri - Baku TV

Şamaxılı 87 yaşlı Camal nənənin gənclərə tövsiyələri - Baku TV

Cəmiyyət
21 dekabr 2025 146 baxış
"Yeni il karvanı" sirk şousu | Bakı Dövlət sirkinin möhtəşəm təqdimatı - Baku TV

"Yeni il karvanı" sirk şousu | Bakı Dövlət sirkinin möhtəşəm təqdimatı - Baku TV

Cəmiyyət
21 dekabr 2025 146 baxış
Azərbaycanda bir ilk | Balaca boylu aktyorların teatrı fəaliyyətə başladı - Baku TV

Azərbaycanda bir ilk | Balaca boylu aktyorların teatrı fəaliyyətə başladı - Baku TV

Cəmiyyət
21 dekabr 2025 146 baxış
“Dedi, gəl qızımı al, evimi də verirəm” | İnternatda böyüyən ata 9 uşağı necə saxlayıb?

“Dedi, gəl qızımı al, evimi də verirəm” | İnternatda böyüyən ata 9 uşağı necə saxlayıb?

Cəmiyyət
20 dekabr 2025 146 baxış
Xankəndinin Kərkicahan qəsəbəsinə ilk köç | Sakinlər hisslərini bölüşdü - Baku TV

Xankəndinin Kərkicahan qəsəbəsinə ilk köç | Sakinlər hisslərini bölüşdü - Baku TV

Cəmiyyət
20 dekabr 2025 146 baxış
“Həyatıma girən kişilər ilk bu sualı verir” | Fitnes model Günay “Qapqara”da hansı sirrini açdı?

“Həyatıma girən kişilər ilk bu sualı verir” | Fitnes model Günay “Qapqara”da hansı sirrini açdı?

Cəmiyyət
20 dekabr 2025 146 baxış
“WorldSkills Shanghai 2026” yarışına hazırlıq | Kibertəhlükəsizlikdə ölkəmizi 2 gənc təmsil edəcək

“WorldSkills Shanghai 2026” yarışına hazırlıq | Kibertəhlükəsizlikdə ölkəmizi 2 gənc təmsil edəcək

Cəmiyyət
20 dekabr 2025 146 baxış
Araik Arutyunyan məhkəmədə nələri etiraf etdi?

Araik Arutyunyan məhkəmədə nələri etiraf etdi?

Cəmiyyət
20 dekabr 2025 146 baxış
Seçilmişlər
icon