Pleyeri seçin:

Ölkədə torpaqdan istifadə ilə bağlı 3 mindən çox pozuntu aşkarlandı

20 sentyabr 2024 254 baxış

Bu ilin I yarısında Azərbaycanda torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti tədbirləri çərçivəsində ölkə üzrə ümumilikdə 8410 monitorinq həyata keçirilib və 3104 pozuntu halı aşkar edilib.

“Report”un məlumatına görə, bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib.

Qeyd olunub ki, aşkar edilən pozuntu hallarından 5-i dənizin 20-50 metrlik zolağının altında olan torpaq sahələrindən istifadə vəziyyəti ilə bağlı olub. Müəyyən edilən nöqsanlar üzrə aidiyyəti sənədlər tədbir görülməsi məqsədilə hüquq-mühafizə orqanlarına göndərilib.

Cari ayda aparılan monitorinqlər zamanı isə Bakının Səbail rayonunun, Namiq Quliyev küçəsində yerləşən “Şəfa” balıq evi və hasar qonşusu vətəndaş Rəcəb Abbasov tərəfindən Xəzər dənizinin mühafizə zolağına düşən ərazilərin zəbt olunduğu və hasarın çəkildiyi faktı aşkar edilib.

Qanunvericiliyin tələblərini təmin etmək məqsədilə görülən tədbirlər nəticəsində zəbt olunan ərazidə hasarların biri tam sökülüb, digərinin isə obyektin sahibi tərəfindən demontajına başlanılıb.

Torpaqlardan istifadəyə nəzarətin gücləndirilməsi, torpaq sahələrinin təyinatı üzrə istifadəsi, bu sahədə aşkar edilən pozuntuların aradan qaldırılması ilə bağlı müvafiq qanunvericiliyə uyğun olaraq Əmlak Məsələləri Dövlət Xidməti torpaqların səmərəsiz istifadəsinə və özbaşına zəbt olunmasına qarşı nəzarət tədbirlərini həyata keçirir.

Xidmət tərəfindən ölkə ərazisində torpaqlardan əsassız və qanunvericiliyə zidd istifadə halları, o cümlədən Xəzər dənizinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələrindən istifadə vəziyyəti ilə bağlı monitorinqlər aparılır.

Kənddə qandonduran faciə | "Gizli silahlar var idi, dedilər, qaçın, camaatı diri-diri..." - Baku TV

Kənddə qandonduran faciə | "Gizli silahlar var idi, dedilər, qaçın, camaatı diri-diri..." - Baku TV

Cəmiyyət
24 mart 2026 254 baxış
Çəkisi çox olmayan insanlar da diqqətli olmalıdırlar

Çəkisi çox olmayan insanlar da diqqətli olmalıdırlar

Cəmiyyət
24 mart 2026 254 baxış
Keyfiyyətli yuxuya necə nail ola bilərik?

Keyfiyyətli yuxuya necə nail ola bilərik?

Cəmiyyət
24 mart 2026 254 baxış
"Evə çıxırıq, yenə cərimə gəlir" | Parklanma yeri yoxdursa, nə etməli? - Baku TV

"Evə çıxırıq, yenə cərimə gəlir" | Parklanma yeri yoxdursa, nə etməli? - Baku TV

Cəmiyyət
23 mart 2026 254 baxış
Bu görüntülər gündəmi alt-üst etdi | "Novruzda qadın kimi geyinmək adəti yoxdur!" - Baku TV

Bu görüntülər gündəmi alt-üst etdi | "Novruzda qadın kimi geyinmək adəti yoxdur!" - Baku TV

Cəmiyyət
23 mart 2026 254 baxış
"Təşvişə düşməyin" | MN PUA uçuşları ilə bağlı əhaliyə müraciət etdi - Baku TV

"Təşvişə düşməyin" | MN PUA uçuşları ilə bağlı əhaliyə müraciət etdi - Baku TV

Cəmiyyət
23 mart 2026 254 baxış
“Uşaq-muşağın əlində qalmışam...” -  Yazıçı Seyran Səxavət niyə kövrəldi?

“Uşaq-muşağın əlində qalmışam...” - Yazıçı Seyran Səxavət niyə kövrəldi?

Cəmiyyət
23 mart 2026 254 baxış
Səhərlər niyə özümüzü iştahasız hiss edirik?

Səhərlər niyə özümüzü iştahasız hiss edirik?

Cəmiyyət
23 mart 2026 254 baxış
Çay istehlakının təhlükəsiz həddi açıqlandı

Çay istehlakının təhlükəsiz həddi açıqlandı

Cəmiyyət
23 mart 2026 254 baxış
"Eldənizi orada görüb qorxdum" | Əməliyyat səhv edildi, hissiyyatı itdi | Aktyor Eldəniz Zeynalov

"Eldənizi orada görüb qorxdum" | Əməliyyat səhv edildi, hissiyyatı itdi | Aktyor Eldəniz Zeynalov

Cəmiyyət
22 mart 2026 254 baxış
Seçilmişlər
icon