Pleyeri seçin:

Xarici vətəndaşlar bu ərazilərə üstünlük verir | Ekspertlər məsələyə aydınlıq gətirdi

15 fevral 2025 617 baxış

Əmlak Məsələləri Dövlət Xidmətinin məlumatına görə, 2024-cü ildə xarici ölkə vətəndaşlarının əldə etdikləri daşınmaz əmlakların 197-si fərdi yaşayış və bağ evi, 214-ü isə mənzil olub.

Azərbaycanda mülk almağa ən çox Rusiya, Türkiyə, Gürcüstan, Ukrayna və Qazaxıstan vətəndaşları maraq göstərirlər. Mütəxəssislər isə deyirlər ki, əcnəbilər daha çox dənizkənarı ərazilərdə əmlak almağa üstünlük verirlər.

“Onlara dənizimiz, şəhərimizin mərkəzi daha maraqlı gəlir. Bu şəxslər əsasən Səbail rayonu, Ağ Şəhər, Səməd Vurğun küçəsində olan binalara, Mərdəkan ərazisində yerləşən bağ evlərinə üstünlük verirlər.

Onların əksəriyyəti Bakıda ailə həyatı qurduğu üçün buradan ev alırlar. Lakin iş məqsədilə paytaxta gələrək burada ev alan əcnəbilər də az deyil”, – deyə əmlakçı Tural Əfəndi bildirib.

Həmçinin hesab olunur ki, xarici ölkə vətəndaşları Azərbaycanda evi müvəqqəti yaşamağa icazə məqsədilə alırlar.

Bununla belə, əcnəbilərin 2024-cü ildə Azərbaycanda aldıqları evlərin sayı əvvəlki illə müqayisədə azalıb.

Belə ki, 2024-cü ildə xarici ölkə vətəndaşları tərəfindən əldə olunmuş cəmi 824 əmlakın mülkiyyət hüququnun qeydiyyatı aparılıb. Halbuki 2023-cü ilin təkcə birinci yarısında bu göstərici 909 olub.

Banner
Fabrik ərazisində 12 ev tikilib? - “Qanunsuzdur, işin ən qəribə tərəfi odur ki...” - Baku TV

Fabrik ərazisində 12 ev tikilib? - “Qanunsuzdur, işin ən qəribə tərəfi odur ki...” - Baku TV

Cəmiyyət
10 noyabr 2026 617 baxış
“1 km yolu niyə dönməliyəm?!” | Sakinlər etiraz edir | “Hər ay 1-2 nəfər ölür burada” - Baku TV

“1 km yolu niyə dönməliyəm?!” | Sakinlər etiraz edir | “Hər ay 1-2 nəfər ölür burada” - Baku TV

Cəmiyyət
10 noyabr 2026 617 baxış
“Onda bizə təyyarə alın, elə gedək!” | Tikinti şirkəti özbaşınalıq etdi, çəkilişdən sonra isə...

“Onda bizə təyyarə alın, elə gedək!” | Tikinti şirkəti özbaşınalıq etdi, çəkilişdən sonra isə...

Cəmiyyət
10 noyabr 2026 617 baxış
Paytaxt və bölgələrdə hava necə olacaq? - Baku TV CANLI

Paytaxt və bölgələrdə hava necə olacaq? - Baku TV CANLI

Cəmiyyət
10 noyabr 2026 617 baxış
Binəqədidə sakinlər kanalizasiya probleminə görə çətin vəziyyətdə - Baku TV CANLI

Binəqədidə sakinlər kanalizasiya probleminə görə çətin vəziyyətdə - Baku TV CANLI

Cəmiyyət
10 noyabr 2026 617 baxış
Masazırda hər an faciə yaşana bilər | Təhlükəli vəziyyət niyə həll edilmir? - Baku TV CANLI

Masazırda hər an faciə yaşana bilər | Təhlükəli vəziyyət niyə həll edilmir? - Baku TV CANLI

Cəmiyyət
10 noyabr 2026 617 baxış
“Belə faciəni düşünmək də çətindir” | Masazırda yüzlərlə şagird risk altındadır - Baku TV

“Belə faciəni düşünmək də çətindir” | Masazırda yüzlərlə şagird risk altındadır - Baku TV

Cəmiyyət
10 noyabr 2026 617 baxış
Eyni əmək, fərqli maaş | Qadınlarla kişilərin əmək haqları arasındakı müxtəlifliyin səbəbi nədir?

Eyni əmək, fərqli maaş | Qadınlarla kişilərin əmək haqları arasındakı müxtəlifliyin səbəbi nədir?

Cəmiyyət
10 noyabr 2026 617 baxış
Piyada səkisinə niyə dirək basdırılıb? | Xırdalanda tikinti şirkəti hasar çəkmək üçün yola girir?

Piyada səkisinə niyə dirək basdırılıb? | Xırdalanda tikinti şirkəti hasar çəkmək üçün yola girir?

Cəmiyyət
10 noyabr 2026 617 baxış
"Sübut etdim ki, özüm almışam" | Etibarnaməni ləğv etdi, oğurlanıb deyə polisə şikayət etdi

"Sübut etdim ki, özüm almışam" | Etibarnaməni ləğv etdi, oğurlanıb deyə polisə şikayət etdi

Cəmiyyət
10 noyabr 2026 617 baxış
Seçilmişlər
icon