Pleyeri seçin:

Övladlarımı biabır etmək istəmirəm | Tikintidə yatan 65 yaşlı Mehdi kişidən ürəkağrıdan sözlər

30 dekabr 2024 192 baxış

Bakıda kişi 10 ildən çoxdur ki, küçədə yaşayır.

65 yaşlı Mehdi Əliyevin qonşuların verdiyi yorğan döşək, köhnə gödəkçə, əsa kimi istifadə etmək üçün yerdən tapdığı taxtadan başqa heç nəyi yoxdur.

O, Sahil qəsəbəsindəki yarımtikililərdən birində qalır və tək istəyinin sığınacağa yerləşdirilmək olduğunu deyir.

“Həyat yoldaşımla boşanmışıq. Bir oğlum, bir qızım var. Ailəm yaşayışıma görə məndən utanır. Mən də onları biabır etmək istəmədiyim üçün yanlarına getmirəm”, – o söyləyib.

M.Əliyev deyir ki, sığınacağa yerləşmək üçün müraciət edib, lakin yaşı 70-i keçmədiyi üçün onu qəbul etməyiblər.

Baku TV-nin müraciəti əsasında Sosial Xidmətlər Agentliyinin nümayəndəsi əraziyə gələrək baxış keçirib. Çətin şəraitdə yaşayan vətəndaşla həmsöbət olub qiymətləndirmə aparıb.

“Sözügedən şəxs içki aludəçisidir. Agentliyin həssas əhali qruplarına aid edilən şəxslər üçün sığınacaq və ya Sosial Reabilitasiya Müəssisəsinə yoluxucu xəstəlikləri, spirtli içki aludəçiliyi və narkotik asılılığı kimi vərdişləri olan şəxslərin qəbul edilməsi orada yaşayan digər vətəndaşların təhlükəsizliyi baxımından məqsədəuyğun deyil. Onun ilkin olaraq tibbi reabilitasiyaya cəlbi həyata keçirilərsə, agentliyin müvafiq müəssisəsinə yerləşdirilməsi məsələsinə baxılacaq”, – qurumdan bildirilib.

“Burada hamı onun nəvəsidir” | Kəmalə uzunömürlülüyün sirrini bu kənddə tapdı? - KƏNDİNƏ QAYIT

“Burada hamı onun nəvəsidir” | Kəmalə uzunömürlülüyün sirrini bu kənddə tapdı? - KƏNDİNƏ QAYIT

Cəmiyyət
21 dekabr 2025 192 baxış
AZAL qəzasında həlak olanların ailələri Aktauya getdi - Baku TV

AZAL qəzasında həlak olanların ailələri Aktauya getdi - Baku TV

Cəmiyyət
21 dekabr 2025 192 baxış
Şamaxılı 87 yaşlı Camal nənənin gənclərə tövsiyələri - Baku TV

Şamaxılı 87 yaşlı Camal nənənin gənclərə tövsiyələri - Baku TV

Cəmiyyət
21 dekabr 2025 192 baxış
"Yeni il karvanı" sirk şousu | Bakı Dövlət sirkinin möhtəşəm təqdimatı - Baku TV

"Yeni il karvanı" sirk şousu | Bakı Dövlət sirkinin möhtəşəm təqdimatı - Baku TV

Cəmiyyət
21 dekabr 2025 192 baxış
Azərbaycanda bir ilk | Balaca boylu aktyorların teatrı fəaliyyətə başladı - Baku TV

Azərbaycanda bir ilk | Balaca boylu aktyorların teatrı fəaliyyətə başladı - Baku TV

Cəmiyyət
21 dekabr 2025 192 baxış
“Dedi, gəl qızımı al, evimi də verirəm” | İnternatda böyüyən ata 9 uşağı necə saxlayıb?

“Dedi, gəl qızımı al, evimi də verirəm” | İnternatda böyüyən ata 9 uşağı necə saxlayıb?

Cəmiyyət
20 dekabr 2025 192 baxış
Xankəndinin Kərkicahan qəsəbəsinə ilk köç | Sakinlər hisslərini bölüşdü - Baku TV

Xankəndinin Kərkicahan qəsəbəsinə ilk köç | Sakinlər hisslərini bölüşdü - Baku TV

Cəmiyyət
20 dekabr 2025 192 baxış
“Həyatıma girən kişilər ilk bu sualı verir” | Fitnes model Günay “Qapqara”da hansı sirrini açdı?

“Həyatıma girən kişilər ilk bu sualı verir” | Fitnes model Günay “Qapqara”da hansı sirrini açdı?

Cəmiyyət
20 dekabr 2025 192 baxış
“WorldSkills Shanghai 2026” yarışına hazırlıq | Kibertəhlükəsizlikdə ölkəmizi 2 gənc təmsil edəcək

“WorldSkills Shanghai 2026” yarışına hazırlıq | Kibertəhlükəsizlikdə ölkəmizi 2 gənc təmsil edəcək

Cəmiyyət
20 dekabr 2025 192 baxış
Araik Arutyunyan məhkəmədə nələri etiraf etdi?

Araik Arutyunyan məhkəmədə nələri etiraf etdi?

Cəmiyyət
20 dekabr 2025 192 baxış
Seçilmişlər
icon