Parklanma zamanı dara düşən sürücü nə etməlidir?
Bakıda sürücülərin ən çox qarşılaşdığı problemlərdən biri də maşınlarını park edən zaman ətraflarında olan avtomobillərə görə saatlarla həmin ərazidə gözləmələridir.
Sürücülər bildiriblər ki, hara müraciət etməli olduqları barədə də məlumatlı deyillər:
“Maşını 5 dəqiqəlik park edirik, amma saatlarla yolda gözləməli oluruq. Avtomobilin yiyəsi də ortaya çıxmır. Bilmirik ki, hara zəng edək, hansı quruma müraciət edək”.
Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, ərazi üzrə Dövlət Yol Polisinin əməkdaşlarına məlumat verilərək həmin nəqliyyat vasitəsinin oradan çəkilməsi üçün kömək istəyə bilərlər.
Qeyd edək ki, sürücülərin əksəriyyəti sözügedən problemin səbəbini avtomobil çoxluğunda görürlər. Bu qəliz məsələ təkcə parklanma deyil, tıxacın da əsas səbəblərindən hesab olunur.