“Peşmanam ki, bu sözləri ona deyə bilmədim” | Faciəvi şəkildə ölən Aytənin həyat yoldaşından etiraf
“Arzunun vaxtı” verilişinin budəfəki buraxılışında həyat yoldaşını faciəvi şəkildə itirən Əlibəy Abbaszadənin təsirli etirafları təqdim olunub.
Əlibəy Abbaszadənin sözlərinə görə, həyat yoldaşı Aytən Abbasova bu ilin aprel ayında baş verən bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
O bildirib ki, hadisə övladlarını məktəbə apardıqdan sonra baş verib.
“Həyat yoldaşım uşaqları məktəbə aparmışdı. Hadisə barədə ilk xəbəri mənə zəng edib verdilər. Ölüm xəbərini eşidəndə özümdən getdim. Hadisə yerinə çatanda gördüklərim mənim üçün çox ağır oldu”, – deyə o qeyd edib.
Əlibəy Abbaszadə həyat yoldaşı ilə uzun illər sevgi münasibəti yaşadıqdan sonra ailə qurduqlarını bildirib.
Onun sözlərinə görə, Aytənin ən böyük arzusu övladlarının yaxşı təhsil alması və xoşbəxt gələcəyə sahib olması idi:
“Hər şeyi əskikdir. Evdəki səmimiyyəti, qayğısı, maraqlanmağı. Evə girəndə yoxluğu çox hiss olunur. Hələ də onun geyimlərinin qalmasını istəmişəm. Qoxusu, ətri mənə onu xatırladır”.
O qeyd edib ki, həyat yoldaşı uşaqlarını bir an belə tək qoymayan ana olub:
“Təklikdən xoşu gəlmirdi. Uşaqları bir an belə tək qoymazdı. Amma etibar edə bilmədiyi uşaqları indi bir ömür tək qoyub getdi. Bu mənim üçün ən ağır hisslərdən biridir”.
