Pleyeri seçin:
Pulu vaxtında ödəyirik, amma... | Su borusu partladı, əhali çarəsiz qaldı
Abşeron rayonu, Saray qəsəbəsi, İlqar Hüseynov küçəsində diametri 110 millimetrlik olan boru partlayıb. Nəticədə içməli su küçəyə axır.
Sakinlərin sözlərinə görə, illərdir sözügedən problemdən əziyyət çəkirlər.
“Üç gündən bir suyumuz kəsilir. Qırx ailəyik, susuz qalmışıq. Hər dəfə müvafiq qurumlara şikayət edirik, heç kim gəlib baxmır, bir əncam çəkmirlər”, – deyə qəsəbə sakini narazılığını bildirib.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən verilən məlumata görə, Abşeron rayonu, Saray qəsəbəsi, İlqar Hüseynov küçəsində sakinlərin primitiv üsulla pərakəndə şəkildə çəkdiyi su xəttində axıntı olub.
Rayonun Sukanal İdarəsinin qəza briqadası hadisə yerindədir və borunun qəzalı hissəsinin dəyişdirilməsi istiqamətində işlər görülür.
Kopyalandı
#Abşeron teqi istifadə olunub
- Abşeronda 12-ci mərtəbədən yıxılan qadının faciəvi sonu - Baku TV
- Gölləri qurudub satanlar kimlərdir? | Üç qurum birləşib bir suala cavab verə bilmədi - Baku TV
- “Qışqırıq, hay-küy eşitdik, bir qadın...” | Çoxmərtəbəli binada faciəvi hadisə - Baku TV
- 35 yaşlı kişinin dəhşətə gətirən sonu | "Aparıblar xəstəxanaya, amma..." - Baku TV
- “Gördüm ki, cırmaqlayır, 2 dəqiqəyə öldü” | 22 yaşlı gəncin faciəvi sonu - Baku TV
