Qanla yazılmış qəhrəmanlıq salnaməsi | 20 Yanvar faciəsinin 36-cı ildönümü - Baku TV
Xalqımızın qan yaddaşına əbədi həkk olunan 20 Yanvar faciəsindən 36 il ötür.
Düz 36 il bundan əvvəl, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi surətdə qətlə yetirilib.
Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakıya hücumu xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə müşayiət edilib.
Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirib, 20 nəfəri ölümcül yaralayıblar. Fövqəladə vəziyyət elan edildikdən sonra isə bir neçə gün ərzində Bakı şəhərində 21 nəfər öldürülüb.
Fövqəladə vəziyyətin elan olunmadığı rayon və şəhərlərdə – yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha səkkiz nəfər qətlə yetirilib.
Hadisələr nəticəsində ümumilikdə 147 nəfər şəhid olub, 744 nəfər yaralanıb, 841 nəfər isə qanunsuz olaraq həbs edilib.
20 Yanvar təkcə qətliam, faciə deyil, həm də xalqımızın müstəqillik yolunda sarsılmaz iradəsinin, azadlıq mübarizəsinin təcəssümüdür. 20 yanvar şəhidləri öz qanları ilə qəhrəmanlıq salnaməsi yazdılar. O qanlı gecənin üstündən 36 il keçməsinə baxmayaraq, xalq bu gün də şəhidlərini unutmur. Onları daim minnətdarlıq, qürur və fəxarət hissi ilə yad edir, əziz xatirələrini ehtiramla anır.
#20 Yanvar faciəsi teqi istifadə olunub
- “Fəxr edirik ki, belə qardaşımız var” | Arzuları yarımçıq qalan şəhid Mehmanın yaxınları danışdı
- “Atam hiss edirdi ki, bu gün nəsə baş verəcək” | 20 Yanvar şəhidinin son sözləri - Baku TV
- Azadlıq mübarizəsinin Xankəndi kulminasiyası - Baku TV
- İlham Əliyev və Mehriban Əliyeva 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib - Baku TV
- Diqqət: Bakı metrosunun iş rejimi ilə bağlı hansı dəyişikliklər olacaq? - Baku TV
