Pleyeri seçin:

"Vətəndaşın səkisində satırsansa, sənin deyil" - Sumqayıtdakı qalmaqal necə nəticələndi? - Baku TV

19 yanvar 2026 124 baxış

Son günlər Sumqayıtda küçə ticarətinə qarşı keçirilən reyd zamanı çəkilən görüntülər sosial şəbəkələrdə sürətlə yayılıb.

Xüsusilə həmin kadrlarda icra nümayəndəsinin satıcının məhsulunu müsadirə etməsi və onunla ünsiyyət tərzi geniş müzakirələrə səbəb olub.

Məlumdur ki, piyadalar üçün nəzərdə tutulan səkilərdə satış aparmaq və ümumilikdə küçə ticarəti ilə məşğul olmaq qanunvericiliklə qadağandır. Lakin vətəndaşa məxsus məhsulun götürülərək “bu mal artıq sənin deyil” deyilməsi hüquqi baxımdan mümkündürmü?

Hüquqşünas Vüsal Cəfərovun sözlərinə görə, İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına, yaxud işlərin və xidmətlərin göstərilməsinə görə 80 manat məbləğində cərimə nəzərdə tutulur.

O bildirib ki, İnzibati Xətalar Məcəlləsinin 26.2-ci maddəsinə əsasən, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim qərarı ilə tətbiq edilə bilər. Bu halda isə məhsullar inzibati xətanın bilavasitə obyekti hesab olunduğundan onların müsadirəsi yalnız məhkəmə qərarı əsasında mümkündür. Satıcının sözlərinə görə, müsadirə olunan meyvələr sonradan ona geri qaytarılıb:

“Bir səhv etmişdi, özü də başa düşdü. Gətirib qaytardı. Əgər səhvini anlamasaydı, qaytarmazdı”.

Övladını itirən atadan təqdirəlayiq addım | Acısını görün necə xeyirxahlığa çevirdi - Baku TV

Övladını itirən atadan təqdirəlayiq addım | Acısını görün necə xeyirxahlığa çevirdi - Baku TV

Cəmiyyət
09 fevral 2026 124 baxış
"Gecə ayılıb gördüm ki..." | Qəfil ölümü ilə hamını sarsıdan jurnalist Sərxan Kamallının son anları

"Gecə ayılıb gördüm ki..." | Qəfil ölümü ilə hamını sarsıdan jurnalist Sərxan Kamallının son anları

Cəmiyyət
08 fevral 2026 124 baxış
Həftənin ilk günündə hava belə olacaq - Baku TV

Həftənin ilk günündə hava belə olacaq - Baku TV

Cəmiyyət
08 fevral 2026 124 baxış
Sevgilisi ilə birgə 6 yaşlı oğluna işgəncə verən ana | 15 yaşlı qız atasını niyə öldürdü? - XÜLASƏ

Sevgilisi ilə birgə 6 yaşlı oğluna işgəncə verən ana | 15 yaşlı qız atasını niyə öldürdü? - XÜLASƏ

Cəmiyyət
08 fevral 2026 124 baxış
"Bir ana kimi bura bizə əzizdir" | Bakının Əhmədli kəndindən reportaj - Baku TV

"Bir ana kimi bura bizə əzizdir" | Bakının Əhmədli kəndindən reportaj - Baku TV

Cəmiyyət
08 fevral 2026 124 baxış
Hövsanda su borusu partladı, heyvan sığınacağını su basdı - Baku TV

Hövsanda su borusu partladı, heyvan sığınacağını su basdı - Baku TV

Cəmiyyət
08 fevral 2026 124 baxış
Astara sakinlərinin problemi nə vaxt həll olunacaq? - Baku TV

Astara sakinlərinin problemi nə vaxt həll olunacaq? - Baku TV

Cəmiyyət
08 fevral 2026 124 baxış
"İdrak" liseyində müəllimini güllələyən şagirdlə bağlı yeni detallar üzə çıxdı - Baku TV

"İdrak" liseyində müəllimini güllələyən şagirdlə bağlı yeni detallar üzə çıxdı - Baku TV

Cəmiyyət
08 fevral 2026 124 baxış
Bakı-Sumqayıt yolunda nə baş verir? | Sürücülər özlərindən çıxdı - Baku TV

Bakı-Sumqayıt yolunda nə baş verir? | Sürücülər özlərindən çıxdı - Baku TV

Cəmiyyət
08 fevral 2026 124 baxış
"İdrak" liseyində müəllimini güllələyən şagirdlə bağlı yeni detallar üzə çıxdı - Baku TV CANLI

"İdrak" liseyində müəllimini güllələyən şagirdlə bağlı yeni detallar üzə çıxdı - Baku TV CANLI

Cəmiyyət
08 fevral 2026 124 baxış
Seçilmişlər
icon