Pleyeri seçin:

İtən, oğurlanan avtomobil nömrələri bərpa olunmur? - "Oğurlayıblar, indi məcburam ki..." - Baku TV

09 mart 2026 563 baxış

Son vaxtlar dövlət qeydiyyat nişanlarının oğurlanması ilə bağlı halların artdığı bildirilir.

Belə ki, dələduzlar avtomobillərin nömrə nişanlarını oğurlayaraq sahiblərindən onların geri qaytarılması müqabilində pul tələb edirlər. Nömrəsini itirən vətəndaşların isə hazırda faktiki olaraq yalnız bir çıxış yolu qalır.

Millət vəkili Elşad Musayev bildirib ki, Azərbaycanda dövlət qeydiyyat nişanı itirildiyi halda onun dublikatı verilmir və bu, əsasən təhlükəsizlik məsələləri ilə bağlıdır.

Onun sözlərinə görə, nömrə nişanının dublikatının verilməsi müxtəlif sui-istifadə halları yarada bilər:

“Əgər dövlət qeydiyyat nişanı itibsə, bir nəfər onun dublikatını alıb istifadə edə bilər. Digər tərəfdən, həmin nömrəni tapıb götürən başqa bir şəxs də ondan istifadə edə bilər. Bu isə müxtəlif hüquq pozuntularına səbəb ola bilər”.

Ekspertlər isə hesab edirlər ki, mövcud vəziyyət nəzərə alınaraq qanunvericilikdə müəyyən dəyişikliklərin edilməsi zəruridir. Onların fikrincə, şəhərin demək olar ki, bütün ərazilərində nəzarət kameralarının quraşdırılması belə halların izlənilməsini xeyli asanlaşdırır.

Nəqliyyat eksperti Elməddin Muradlının sözlərinə görə, 1998-ci ildə qəbul edilən “Yol hərəkəti haqqında” qanunda bu məsələ ilə bağlı müddəalara yenidən baxılmalıdır:

“Dövlət rüsumu haqqında” qanuna əsasən, vətəndaşlar nömrə nişanlarını əldə etmək üçün 30 manatdan 3000 manatadək rüsum ödəyirlər. Eyni zamanda elə nömrələr var ki, əl dəyişdirərək 50 min, hətta 100 min manatadək qiymətə satılır. Belə olan halda kiminsə nömrəni oğurlayıb aparması və ya harasa atması vətəndaş üçün ciddi maddi zərər yaradır. Məncə, “Yol hərəkəti haqqında” qanuna əlavə edilə bilər ki, nömrə itirildiyi halda vətəndaş simvolik məbləğdə – məsələn, 50 və ya 100 manat cərimə ödəyərək həmin nömrənin dublikatını ala bilsin”.

Banner
Milli Hidrometeorologiya Xidməti sabahın hava proqnozunu açıqlayıb - Baku TV CANLI

Milli Hidrometeorologiya Xidməti sabahın hava proqnozunu açıqlayıb - Baku TV CANLI

Cəmiyyət
01 noyabr 2026 563 baxış
Yasamalda yataqxana sakinləri antisanitar vəziyyətdən şikayətçidirlər - Baku TV

Yasamalda yataqxana sakinləri antisanitar vəziyyətdən şikayətçidirlər - Baku TV

Cəmiyyət
01 noyabr 2026 563 baxış
28 May yaşayış massivinin küçələri bərbad vəziyyətdədir

28 May yaşayış massivinin küçələri bərbad vəziyyətdədir

Cəmiyyət
01 noyabr 2026 563 baxış
Goranboyda hərbi xidmət zamanı ayağını itirən şəxs nə ilə təmin olunmaq istəyir? - Baku TV

Goranboyda hərbi xidmət zamanı ayağını itirən şəxs nə ilə təmin olunmaq istəyir? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 563 baxış
Binəqədinin keçilməz yolları | 28 May yaşayış massivində küçələr niyə bərbad haldadır? - Baku TV

Binəqədinin keçilməz yolları | 28 May yaşayış massivində küçələr niyə bərbad haldadır? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 563 baxış
Paytaxtın təhlükəli kanalizasiya qapaqları | Həll yolu nədir? - Baku TV

Paytaxtın təhlükəli kanalizasiya qapaqları | Həll yolu nədir? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 563 baxış
Kişiləri bu halda 500 manatadək cəza gözləyir? | Ailədaxili münasibətlər necə tənzimlənir? - Baku TV

Kişiləri bu halda 500 manatadək cəza gözləyir? | Ailədaxili münasibətlər necə tənzimlənir? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 563 baxış
Gündəlik neçə litr su içilməlidir? | Mütəxəssis nələri açıqladı? - Baku TV

Gündəlik neçə litr su içilməlidir? | Mütəxəssis nələri açıqladı? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 563 baxış
Gecə 6 saatdan az yatanları nə gözləyir?

Gecə 6 saatdan az yatanları nə gözləyir?

Cəmiyyət
01 noyabr 2026 563 baxış
Yuxarı sinif şagirdlərinin intizam böhranı

Yuxarı sinif şagirdlərinin intizam böhranı

Cəmiyyət
01 noyabr 2026 563 baxış
Seçilmişlər
icon