Pleyeri seçin:

Novruz bayramında bölgələrdə tətil qiymətləri | Ekspertlərdən açıqlama - Baku TV

08 mart 2026 623 baxış

Novruz bayramına sayılı günlər qalıb. Sözsüz ki, tətilini bölgələrdə keçirmək istəyənlərin sayı az deyil.

Xatırladaq ki, yeni il ərəfəsində paytaxtda və bölgələrdə istirahət mərkəzlərinin qiymətləri xeyli artmışdı.

Bəs Novruz bayramında vəziyyət necə olacaq?

Turizm ekspertləri bildirirlər ki, tələbat yüksək olduğu üçün bayram ərəfəsində bölgələrdə hotellərin və kirayə evlərin qiymətlərində artım qaçılmazdır. Ən bahalı hotellər ənənəvi olaraq Qəbələ, Quba, Lənkəran və Qarabağ bölgələrində yerləşir.

Turizm eksperti Rəhman Quliyevin sözlərinə görə, Quba–Qusar bölgəsində 4 ulduzlu hotellərdə iki nəfər üçün bir gecə qalmaq və səhər yeməyi daxil qiymətlər 100–120 manatdan başlayır. 5 ulduzlu hotellərdə isə qiymətlər 150–250 manat aralığında dəyişir:

“Şəki–Qax–Zaqatala–Balakən bölgəsində qiymətlər nisbətən daha münasibdir. Bu bölgədə 4 ulduzlu hotellərdə qiymətlər 80–120 manat, 5 ulduzlu hotellərdə isə 150–200 manat aralığında təklif olunur. Cənub bölgəsində 4 ulduzlu hotellərdə iki nəfər üçün bir gecə qalmaq və səhər yeməyi 80–100 manat, 5 ulduzlu hotellərdə isə 100–150 manatdan başlayır.

Qarabağ istiqamətində – Xankəndi, Şuşa və Laçın bölgələrində isə 4 ulduzlu hotellərdə qiymətlər 130–150 manat, 5 ulduzlu hotellərdə isə 150–200 manat arasında dəyişir”.

Ekspertlər tələbatın yüksək olduğunu nəzərə alaraq vətəndaşlara səfərlərini əvvəlcədən planlaşdırmağı və seçim edərkən qiymətləri müqayisə etməyi tövsiyə edirlər.

Banner
"Azərsun Holdinq"in təşkilatçılığı ilə mediatur və təlim keçirilib - Baku TV

"Azərsun Holdinq"in təşkilatçılığı ilə mediatur və təlim keçirilib - Baku TV

Cəmiyyət
30 oktyabr 2026 623 baxış
"Gərək arvadın sözünə 30 faiz qulaq asasan" | "Bərk vurub dedi ki, mənə elçi göndərmisən?"

"Gərək arvadın sözünə 30 faiz qulaq asasan" | "Bərk vurub dedi ki, mənə elçi göndərmisən?"

Cəmiyyət
30 oktyabr 2026 623 baxış
"Baku TV"nin gündəmə gətirdiyi qanunsuz tikili ilə bağlı tədbir görüldü - Baku TV

"Baku TV"nin gündəmə gətirdiyi qanunsuz tikili ilə bağlı tədbir görüldü - Baku TV

Cəmiyyət
30 oktyabr 2026 623 baxış
"Bunlar binanı qarışdırıb bizimlə düşmənçilik edirlər" | Bina rəhbərliyindən şikayət - Baku TV

"Bunlar binanı qarışdırıb bizimlə düşmənçilik edirlər" | Bina rəhbərliyindən şikayət - Baku TV

Cəmiyyət
30 oktyabr 2026 623 baxış
"Yağış yağsaydı, heç gələ bilməyəcəkdiniz" | Binəqədidə bitmək bilməyən yol problemi - Baku TV

"Yağış yağsaydı, heç gələ bilməyəcəkdiniz" | Binəqədidə bitmək bilməyən yol problemi - Baku TV

Cəmiyyət
30 oktyabr 2026 623 baxış
Xırdalanda piyada yolu zəbt edilib? | Sakinlər tikintidən narazıdır? - Baku TV CANLI

Xırdalanda piyada yolu zəbt edilib? | Sakinlər tikintidən narazıdır? - Baku TV CANLI

Cəmiyyət
30 oktyabr 2026 623 baxış
Rəqəmlərin arxasındakı real mənzərə

Rəqəmlərin arxasındakı real mənzərə

Cəmiyyət
30 oktyabr 2026 623 baxış
Oktyabrın son günündə Azərbaycanı necə hava gözləyir? - Baku TV CANLI

Oktyabrın son günündə Azərbaycanı necə hava gözləyir? - Baku TV CANLI

Cəmiyyət
30 oktyabr 2026 623 baxış
Gənclər əmək bazarından niyə uzaqlaşır? - Rəqəmlərin arxasındakı real mənzərə - Baku TV

Gənclər əmək bazarından niyə uzaqlaşır? - Rəqəmlərin arxasındakı real mənzərə - Baku TV

Cəmiyyət
30 oktyabr 2026 623 baxış
Narkotik vasitənin təsiri altında avtobusu idarə etdi, sonra isə... - Baku TV CANLI

Narkotik vasitənin təsiri altında avtobusu idarə etdi, sonra isə... - Baku TV CANLI

Cəmiyyət
30 oktyabr 2026 623 baxış
Seçilmişlər
icon