Pleyeri seçin:

"İflicdir, orada nə işi var?!" - Çarəsiz ailənin fəryadı | Niyə müavinət ala bilmirlər? - Baku TV

09 mart 2026 531 baxış

Cəlilabad rayonunun Seyidbazar kəndində yaşayan Abdullayevlər ailəsinin 18 yaşlı üzvü Afiq Abdullayev anadangəlmə serebral iflic xəstəliyindən əziyyət çəkir.

O, uzun illər ana himayəsində olmaqla əlillik müavinəti alıb. 18 yaşı tamam olduqdan sonra isə müavinətin alınmasında müəyyən çətinliklər yaranıb.

Ailə başçısı Dünyamalı Abdullayev Baku TV-nin qaynar xəttinə müraciət edərək aidiyyəti qurumlardan kömək istəyir:

“2010-cu ildən Afiqə pensiya təyin olunub. Ananın saxlamaq haqqı ilə birlikdə 670 manat alırıq. İndiyə qədər pensiyanı ana himayəsində alırdıq. İki aydır ki, Afiqin 18 yaşı tamam olduğuna görə pensiya kartını götürə bilmirik.

Uşaq qol çəkə bilmir, özünü idarə edə bilmir, danışa, yeriyə və otura bilmir. Buna görə də kartı götürmək mümkün olmur. Bizə deyirlər ki, məhkəməyə müraciət etməliyik, dövlət rüsumu ödəməliyik, vəkil tutmalıyıq və məhkəmə qətnaməsi olmalıdır. Bundan sonra kartı götürə bilərik.

Cəlilabad Rayon İcra Hakimiyyətində də olmuşam, məhkəməyə də müraciət etmişəm. Fevralın 2-də bir gün ərzində səkkiz dəfə məhkəməyə getmişəm. Məni notariusa göndəriblər, notarius yenidən İcra Hakimiyyətinə, İcra Hakimiyyəti isə yenidən məhkəməyə yönləndirib. Yəni hər qurum məsuliyyəti digərinin üzərinə atır.

Həmçinin deyirlər ki, uşaq Maştağaya aparılmalıdır. Halbuki xəstəxana tərəfindən rəy verilib və ömürlük əlil olduğu təsdiqlənib. Serebral iflic xəstəsi olan uşağın Maştağada nə işi var? Dövlət məmurlarından xahiş edirəm ki, belə uşaqlara nəzarət etsinlər”.

Məsələ ilə bağlı Cəlilabad Rayon İcra Hakimiyyətindən bildirilib ki, ailənin üzləşdiyi çətinliklə bağlı yaxın günlərdə müvafiq köməklik göstəriləcək. 

Banner
“Zəfər Gününə 100 manat mükafat” vədi: Bu mesajlara inanmaq olarmı? - Baku TV

“Zəfər Gününə 100 manat mükafat” vədi: Bu mesajlara inanmaq olarmı? - Baku TV

Cəmiyyət
04 noyabr 2026 531 baxış
Məmmədlidə su xəttinin partlaması küçələri keçilməz vəziyyətə salıb - Baku TV

Məmmədlidə su xəttinin partlaması küçələri keçilməz vəziyyətə salıb - Baku TV

Cəmiyyət
04 noyabr 2026 531 baxış
Azərbaycanın 44 günlük Zəfəri beynəlxalq hərbi araşdırmanın mövzusuna çevrilib - Baku TV

Azərbaycanın 44 günlük Zəfəri beynəlxalq hərbi araşdırmanın mövzusuna çevrilib - Baku TV

Cəmiyyət
04 noyabr 2026 531 baxış
Biləcəridə illərdir baxımsız qalan Şamlıq ərazisində nə baş verir? - Baku TV

Biləcəridə illərdir baxımsız qalan Şamlıq ərazisində nə baş verir? - Baku TV

Cəmiyyət
04 noyabr 2026 531 baxış
Bakının bu qəsəbəsindəki problem küçələri bərbad hala saldı - 24 SAAT

Bakının bu qəsəbəsindəki problem küçələri bərbad hala saldı - 24 SAAT

Cəmiyyət
03 noyabr 2026 531 baxış
"Burada ən yaxşı təsərrüfat..." | Xocalıda təsərrüfatlara mediatur | "2 baş cins heyvan verdilər"

"Burada ən yaxşı təsərrüfat..." | Xocalıda təsərrüfatlara mediatur | "2 baş cins heyvan verdilər"

Cəmiyyət
03 noyabr 2026 531 baxış
Respublika Fənn Olimpiadalarında iştirak etmək istəyənlərin diqqətinə - Baku TV CANLI

Respublika Fənn Olimpiadalarında iştirak etmək istəyənlərin diqqətinə - Baku TV CANLI

Cəmiyyət
03 noyabr 2026 531 baxış
“Bir-birimiz üçün nəfəs alırıq” | Bir verilişdə başlayan tanışlıq böyük məhəbbətə çevrildi

“Bir-birimiz üçün nəfəs alırıq” | Bir verilişdə başlayan tanışlıq böyük məhəbbətə çevrildi

Cəmiyyət
03 noyabr 2026 531 baxış
Nəzəriyyə, yoxsa təcrübə? | Universitetlər tələbələri əmək bazarına hazırlaya bilir? - Baku TV

Nəzəriyyə, yoxsa təcrübə? | Universitetlər tələbələri əmək bazarına hazırlaya bilir? - Baku TV

Cəmiyyət
03 noyabr 2026 531 baxış
Vətəndaşlar məcbur qalıb avtomobil yolu ilə getdiklərini deyirlər

Vətəndaşlar məcbur qalıb avtomobil yolu ilə getdiklərini deyirlər

Cəmiyyət
03 noyabr 2026 531 baxış
Seçilmişlər
icon