Cəmiyyət
Pleyeri seçin:

Qədim Bakı bazarları nə məqsədlə istifadə olunurdu? | ARAŞDIRMA

03 oktyabr 2024

Baku TV-də Bakı bazarlarının dünəndən bu günə kimi olan tarixi mövzusunda araşdırma materialı yayımlanıb.

Belə ki, qədimdən indiyədək Şərqdə bazar anlayışı xüsusi məna kəsb edib.

Bir çox Şərq şəhərləri kimi, Bakı da qədimdən bazarları ilə məşhur olub. Həm Bakının mərkəzində, həm də ətraf kəndlərində müxtəlif adlarda bazarlar, hətta “Bazarnaya” deyilən küçə var idi.

Deyilənə görə, Bakıda birinci bazar XIX əsrin 80-ci illərində indiki İstiqlaliyyət, keçmiş “Nikolayevskaya” küçəsində yaranıb. 20-ci əsrin əvvəllərində “Nikolayevskaya” küçəsində dəbdəbəli binalar tikilməyə başlayır. Bununla da sözügedən küçədəki bazar Aleksandr Nevski Katedralının yaxınlığındakı meydana köçürülür.

Köhnə Bakı dedikdə ağıla gələn bazarlardan biri də öz yazılmayan qanunları ilə idarə olunan “Kubinka” bazarıdır. Bu bazar “Nizami” metrosunun yaxınlığında “Sovetski” məhəlləsində yerləşirdi. Əvvəllər kim nə istəyirdisə, sözügedən bazarda tapa bilərdi.

Keçmişdən indiyədək mövcudluğunu qoruyan “Bit bazarı”ı Sovet hakimiyyəti dövründə qurulub.

Adıçəkilən bazarda diri bit satıldığına görə buraya “Bit bazarı” adını vermişdilər. O zamanlar sarılıq xəstəliyinin bitlə müalicəsi bir növ dəb halını aldığı üçün bu həşəratı axtaran alıcının yolu mütləq həmin bazara düşürdü.

Nadir memarlıq üslubu ilə inşa edilən “Şərq Bazarı”nın rəsmi açılışı 1982-ci ildə baş tutub. Bu bazar müxtəlif illərdə restoran kimi də fəaliyyət göstərib.

2022-ci ildə yenidənqurmadan sonra fəaliyyət göstərən “Şərq bazarı” indi də fəaliyyətini davam etdirir. Eyni zamanda bu bazar turistik yer hesab olunur. 

Kopyalandı
Bu gün ilin ən qısa gündüzü və uzun gecəsidir | Azərbaycana qış gəldi

Bu gün ilin ən qısa gündüzü və uzun gecəsidir | Azərbaycana qış gəldi

Cəmiyyət
21 dekabr 2024
Qiymətləndiricilər Palatasının ilk iclası keçirildi | Hansı məsələlər müzakirə edildi?

Qiymətləndiricilər Palatasının ilk iclası keçirildi | Hansı məsələlər müzakirə edildi?

Cəmiyyət
21 dekabr 2024
Şəkər xəstələri ağırlaşmaların olmaması üçün nə etməlidir? - Diabetik ayağın əlamətləri - BAKU MED

Şəkər xəstələri ağırlaşmaların olmaması üçün nə etməlidir? - Diabetik ayağın əlamətləri - BAKU MED

Cəmiyyət
21 dekabr 2024
Direktorların işə qəbulu üzrə imtahan | MÜTDA-nın əməkdaşı detalları açıqladı

Direktorların işə qəbulu üzrə imtahan | MÜTDA-nın əməkdaşı detalları açıqladı

Cəmiyyət
21 dekabr 2024
Məktəbəqədər təhsil müəssisələrində direktor olmaq istəyənlər imtahan verdi

Məktəbəqədər təhsil müəssisələrində direktor olmaq istəyənlər imtahan verdi

Cəmiyyət
21 dekabr 2024
Bananı hansı halda yemək lazımdır ? | Ləkələr ona görə yaranır ki...

Bananı hansı halda yemək lazımdır ? | Ləkələr ona görə yaranır ki...

Cəmiyyət
21 dekabr 2024
FHN bu yanacaqdoldurma məntəqələrinin fəaliyyətini niyə dayandırdı?

FHN bu yanacaqdoldurma məntəqələrinin fəaliyyətini niyə dayandırdı?

Cəmiyyət
21 dekabr 2024
Bayram günlərində bizi hansı təhlükə gözləyir? | BDYPİ-dən müraciət

Bayram günlərində bizi hansı təhlükə gözləyir? | BDYPİ-dən müraciət

Cəmiyyət
21 dekabr 2024
Burada elə şərait qurulub ki... | Daşkəsənin əsas istirahət zonasından reportaj

Burada elə şərait qurulub ki... | Daşkəsənin əsas istirahət zonasından reportaj

Cəmiyyət
21 dekabr 2024
Ordumuz mümkünsüzü mümkün etdi | Şuşaya yola salınan ailələr duyğularını bölüşdü

Ordumuz mümkünsüzü mümkün etdi | Şuşaya yola salınan ailələr duyğularını bölüşdü

Cəmiyyət
21 dekabr 2024
Seçilmişlər
icon