Qələbə sevinci ölkənin dörd bir yanında | Azərbaycan Zəfər Gününü qeyd edir - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün Azərbaycan xalqı Vətən müharibəsində qazanılan tarixi Qələbənin altıncı ildönümünü – Zəfər Gününü qeyd edir.
Paytaxtın 8 Noyabr prospektində yerləşən Zəfər parkı bayram münasibətilə ziyarət olunur.
Təxminən 9,16 hektar ərazini əhatə edən parkın girişində ucaldılan Zəfər tağının hündürlüyü 44 metr, sütunlarının sayı isə 44-dür. Bu elementlər 44 günlük Vətən müharibəsinə işarə edir.
Parkın ərazisində yerləşən 9,9 metr hündürlüyündə memorial abidə, Qarabağ xalçalarının naxışlarını əks etdirən bağça və kaskad tipli şəlalə də kompleksin memarlıq elementlərindəndir.
Burada fəaliyyət göstərən Zəfər Muzeyi səkkiz ekspozisiya zalından ibarətdir. Muzeydə Qarabağın tarixi, Vətən müharibəsi, Şuşanın azad edilməsi, şəhidlərin qəhrəmanlığı və azad edilmiş ərazilərdə aparılan bərpa işləri əks olunur.
Girişdə yerləşən “Dəmir yumruq” kompozisiyası isə 44 günlük müharibənin əsas rəmzlərindən birini təqdim edir.
#Zəfər Günü (8 Noyabr) teqi istifadə olunub
- İlham Əliyev və Mehriban Əliyeva Ərdoğan və xanımını hava limanında qarşıladılar - Baku TV
- “Biz döyüş meydanında cavab verdik, kimin kim olduğunu hər kəs gördü” | Prezident - Baku TV
- Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edəcəklər - Baku TV
- Ərdoğan Azərbaycanda | Türkiyə Prezidentinin qarşılanma anı "Haber Global"da - Baku TV
- “Əsgər və zabitlərimiz müdafiə xətlərini yarmaq üçün...” | Prezident Zəfərə aparan yoldan danışdı
