Qərbi Azərbaycanla bağlı xüsusi komissiya yaradıldı: "Tarixi gerçəkləri çatdırmaq üçün..." - Baku TV
“Azərbaycan rəhbərliyinin yaxından köməyi və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səyi nəticəsində 2009-2014-cü illərdə QMİ-nin tarixinə dair 40 min səhifəlik arxiv sənədlər Tbilisidən, həmçinin Azərbaycan tarixinə dair 500 səhifəlik sənədlər Türkiyə arxivlərindən ölkəmizə gətirilib”.
Bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Qərbi Azərbaycan İcması (QAİ) ilə birgə keçirilən tədbirdə deyib.
“Nəzərinizə çatdırırıq ki, göstərilən istiqamətdə fəaliyyətimiz bu gün də intensiv şəkildə davam etdirilir. Niyyətimiz bölgədə sülh şəraitində yaşayaraq öz milli-mədəni irsimizi dirçəltmək, gələcək nəsillərə tarixi həqiqətləri çatdırmaqdır. Bu məqsədlə xüsusi komissiya yaradılıb, Qərbi Azərbaycanla bağlı təbliğat işi illik tədbirlər planının zəruri tərkib hissəsi kimi qeyd edilib”, – deyə o vurğulayıb.
#Qafqaz Müsəlmanları İdarəsi teqi istifadə olunub
- Qafqaz Müsəlmanları İdarəsi Həcc ziyarətinin qiymətini açıqladı - ANA XƏBƏR
- Şəhidlərimiz QMİ-də anıldı
- İslam dünyasında Azərbaycanın rolu | Allahşükür Paşazadə çıxış etdi
- Qalib xalqın şeyxülislamıyam və bununla qürur duyuram | Allahşükür Paşazadədən açıqlama
- Məhərrəm ayı ilə bağlı fətva | Aşura günü nə vaxtdır?
