Pleyeri seçin:

"15 evin kanalizasiyası buraya axır" | Çirkab suda "üzən" evlərdə dəhşətli vəziyyət - Baku TV

02 fevral 2026 337 baxış

Masazır qəsəbəsinin Asif Həsənov küçəsində yerləşən evlər suyun içində qalıb.

Sakinlərin sözlərinə görə, bu vəziyyət illərdir davam edir.

“Qoxudan yatmaq olmur. Hər yerə müraciət etmişik, deyirlər ki, yaxşı olacaq, düzələcək, amma heç nə dəyişmir. Burada yaşayanların çoxu gedib, yalnız biz qalmışıq. Su indi çəkilib, bura lap pis olur, görsəniz, məəttəl qalarsınız”, – qəsəbə sakini bildirib.

“Vəziyyət çox pisdir. 15 min evin kanalizasiyası bura axır, bu gölün də başqa bir çıxış yeri yoxdur”, – başqa bir sakin qeyd edib.

Məsələ ilə bağlı Masazır bələdiyyəsindən bildirilib ki, sözügedən ərazidəki evlər uzun illər bundan əvvəl tikilib:

“Məsələ daimi olaraq yerli icra nümayəndəliyinin və bələdiyyənin nəzarətində saxlanılır. Sonuncu dəfə 2025-cı ilin yanvarın 12-də əraziyə baxış keçirilən zaman şəxsiyyəti məlum olmayan şəxs və ya şəxslər tərəfindən Qır gölündə qurutma və tikinti işlərinin həyata keçirilməsi halı müşahidə olunub. Qeyri-qanuni fəaliyyətin qarşısı alınıb və məktubla aidiyyəti üzrə müraciət edilib. Hazırda Qır gölünün səviyyəsinin artması son zamanlar havaların yağmurlu keçməsi və qrunt sularının qalxması ilə əlaqədardır”.

Qurumdan o da bildirilib ki, ərazidə mərkəzləşdirilmiş kanalizasiya sistemi yoxdur:

“Ətrafda yaşayan sakinlər çirkab sularını kustar üsullarla çəkilmiş borular vasitəsilə ya gölə axıdır, ya da “şambo” sistemindən istifadə edərək toplayırlar. Bu da qrunt sularının qalxmasına səbəb olur. Ona görə də yağışlı havalarda subasma hallarının yaşanmasına gətirib çıxarır. Ərazidə mərkəzləşdirilmiş kanalizasiya sistemlərinin çəkilməsi ilə bağlı aidiyyəti üzrə Dövlət Su Ehtiyatları Agentliyinə müraciət edilib”.

Dövlət Xidmətindən sakinlərə hava barədə xəbərdarlıq - Baku TV CANLI

Dövlət Xidmətindən sakinlərə hava barədə xəbərdarlıq - Baku TV CANLI

Cəmiyyət
17 iyun 2026 337 baxış
"O cür təmirli idi, məni qovdular" - Şirkətin onu aldatdığını deyən qadın fəryad etdi - Baku TV

"O cür təmirli idi, məni qovdular" - Şirkətin onu aldatdığını deyən qadın fəryad etdi - Baku TV

Cəmiyyət
17 iyun 2026 337 baxış
Qalmaqallı videonun yayıldığı bağça | Uşaqların başına oyun açırlar? - Baku TV

Qalmaqallı videonun yayıldığı bağça | Uşaqların başına oyun açırlar? - Baku TV

Cəmiyyət
17 iyun 2026 337 baxış
“Mən niyə küçədə qalmalıyam?!” | Atasından miras qalan ev sakinin əlindən alındı? - Baku TV

“Mən niyə küçədə qalmalıyam?!” | Atasından miras qalan ev sakinin əlindən alındı? - Baku TV

Cəmiyyət
17 iyun 2026 337 baxış
"Bizi də elə adamlar təbrik edir ki..." | Nazirin Röyaya təbrikinə məşhurların reaksiyası - Baku TV

"Bizi də elə adamlar təbrik edir ki..." | Nazirin Röyaya təbrikinə məşhurların reaksiyası - Baku TV

Cəmiyyət
17 iyun 2026 337 baxış
Şagird və müəllimlərin nəzərinə | Məktəblərdə nizam-intizam qaydalarında vahid yanaşma - Baku TV

Şagird və müəllimlərin nəzərinə | Məktəblərdə nizam-intizam qaydalarında vahid yanaşma - Baku TV

Cəmiyyət
16 iyun 2026 337 baxış
Küləkli hava ilə bağlı əhaliyə vacib xəbərdarlıq - ANA XƏBƏR

Küləkli hava ilə bağlı əhaliyə vacib xəbərdarlıq - ANA XƏBƏR

Cəmiyyət
16 iyun 2026 337 baxış
“Bunu bütün analara hədiyyə etdik” | Fərqanə Qasımova yeni layihəsini təqdim etdi - Baku TV

“Bunu bütün analara hədiyyə etdik” | Fərqanə Qasımova yeni layihəsini təqdim etdi - Baku TV

Cəmiyyət
16 iyun 2026 337 baxış
"YAŞAT" şəhid övladları üçün əyləncəli və faydalı düşərgə təşkil etdi - Baku TV

"YAŞAT" şəhid övladları üçün əyləncəli və faydalı düşərgə təşkil etdi - Baku TV

Cəmiyyət
16 iyun 2026 337 baxış
"Burada ölən olsa..." - Vahimə içində qalan əhali: "Qorxumuzdan nə edəcəyimizi bilmirik" - Baku TV

"Burada ölən olsa..." - Vahimə içində qalan əhali: "Qorxumuzdan nə edəcəyimizi bilmirik" - Baku TV

Cəmiyyət
16 iyun 2026 337 baxış
Seçilmişlər
icon