Ali təhsil müəssisəsinin fəaliyyəti ilə yaxından tanışlıq olub - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Enerji Dialoqu Platforması çərçivəsində iyunun 23-də gənc media nümayəndələri üçün SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) məlumatlandırma sessiyası keçirilib.
Əvvəlcə jurnalistlər Bakı Ali Neft Məktəbinin kampusu, müasir tədris infrastrukturu və laboratoriyaları ilə tanış olublar. Daha sonra keçirilən sessiyada İstedadların İdarə Edilməsi və Biznes Tərəfdaşlığı Departamentinin rəisi Ülkər Behbudovanın, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımovun, Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin rəisi Fuad Süleymanovun və Elm və Texnika, Nanotexnologiyalar Departamentinin rəisi Nazim Vəliyevin təqdimat və çıxışları dinlənilib.
Media nümayəndələrinə SOCAR tərəfindən neft kapitalının insan kapitalına çevrilməsi, enerji sektorunda inklüzivliyin artırılması, elm və təhsilin sənaye ilə inteqrasiyası, əməkdaşların səriştələrinin artırılması istiqamətlərində görülən işlər, əldə olunan nəticələr, eləcə də Bakı Ali Neft Məktəbinin fəaliyyəti və ali təhsil müəssisəsində təşkil olunan tədris prosesi barədə ətraflı məlumat verilib.
Sonda xatirə fotosu çəkdirilib.
#Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) teqi istifadə olunub
- Süni intellekt enerji sektorunda | Şagirdlər hansı həlləri təqdim edəcəklər? - Baku TV
- 251 milyon dollarlıq ixrac | SOCAR qeyri-neft ixracında ön sıralarda - Baku TV
- "Qərbi Abşeron" yatağında hansı investisiyalar nəzərdə tutulur? - Baku TV
- “Şirkətin prioritetlərindən biri...” | SOCAR-ın Türkmənistanda fəaliyyəti barədə açıqlama - Baku TV
- SOCAR və "Sonatrach" ticarəti genişləndirir | Tərəflər nəyi müzakirə etdi? - Baku TV
