Pleyeri seçin:
"Aylarla çimmirəm" | "TikTok"da videosu yayılan qadının həyatı Arzunu şoka saldı - ARZUNUN VAXTI
"Arzunun vaxtı" verilişi bu dəfə "TikTok" sosial şəbəkəsində yayılan videosu ilə gündəmə gələn 49 yaşlı Sevinc Quliyevanın acınacaqlı həyat hekayəsini işıqlandırıb. Beş ildir yataq xəstəsi olan qadın dəhşətli şəraitdə, nəmişlik içində və siçanların gəzdiyi bir otaqda yaşadığını etiraf edib. Sevinc Quliyeva pulu olmadığı üçün "aylarla çimmədiyini", hətta ayaqyoluna da otaqda getməyə məcbur qaldığını bildirib. Onun sözlərinə görə, narkotik istifadəçisi olan həyat yoldaşı onu tərk edib, 180 kiloqram çəkisi olan xəstə qızı isə ona baxa bilmir. Qadının bu həyat hekayəsi və yaşadığı şərait verilişin aparıcısı Arzunu dərindən sarsıdıb.
Kopyalandı
