"Dərman" satan bəzi şirkətlərin dəhşətə gətirən iş təklifi
Sosial şəbəkələrdə bioloji aktiv qida əlavələrinin satışı ilə məşğul olanların bir çoxunun tibb təhsilinin olmadığı üzə çıxıb.
Belə ki, həmin şirkətlər təhsilindən asılı olmayaraq, hər kəsə iş təklif edir, təlimlər vasitəsilə satış məsləhətçisi formalaşdırırlar. İnsanlara sağlamlıq, eləcə də külli miqdarda gəlir vəd edən bu şirkətlərin təyin etdiyi qida əlavələri və dozalarının tətbiqi qanun və qaydalarla tənzimlənmir.
Həkim Zakir Quliyev bildirib ki, qida əlavələrini tərkibini, istehal yeri və tarixini bilmədən, həmçinin analiz vermədən qəbul etmək insan orqanizminə ciddi zərər verə bilər: “Qida əlavəsi ilə əlaqədar yaranan qaraciyər çatışmazlığının sayında kəskin artım müşahidə olunur. Buna görə də onları qəbul etməmişdən əvvəl həkimlə məsləhətləşmək lazımdır”.
Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən bildirilib ki, məhsullar dərman preparatları hesab olunmadığı üçün sözügedən qurum tərəfindən hər hansı şəkildə nəzarət olunmur. Bu məsələ Qida Təhlükəsizliyi Agentliyinin səlahiyyətindədir. Agentlikdən isə qeyd edilib ki, bioloji aktiv qida məhsullarının təhlükəsizliyi və keyfiyyətinə tam nəzarət olunur.
#Qida əlavələri teqi istifadə olunub
- “Omeqa-3”ü belə içmək qəti qadağandır | Həkimdən mühüm xəbərdarlıq
- Satışdakı düyünün üstünə bu etiket vurulmalıdır ki... | Ekspertlər vacib nüansa aydınlıq gətirdi
- Əməkdaşımız xüsusi “test” apardı | Portağala vurulan maddə bizi belə zəhərləyir?
- Karnitinin yanlış istifadəsi hansı fəsadlar törədə bilər? | İdmançıların diqqətinə
- Sahibkarların diqqətinə | AQTA rəsmisindən vacib açıqlama
