"Digər ölkələr paylaşır, amma biz etdik" | Strafordan nəhəng maketlər düzəldən usta - ARZUNUN VAXTI
“Arzunun vaxtı” verilişinin yeni buraxılışında müəllif və aparıcı Arzu Kəlbi maraqlı dekorların hazırlandığı “Strafor Kəsim” emalatxanasında olub.
Hazırladıqları dekorlarla ölkə üzrə tanındıqlarını deyən emalatxana rəhbəri Nahid Eminov bu işə necə başlamalarından danışıb:
“İşimizin bu qədər böyüyəcəyinə inanmırdım. Fəaliyyətə xırda dekorlar hazırlamaqla başladıq. Daha sonra tələbatın artdığını görüb işi genişləndirdik. Hazırda həm evlər, həm də toy məclisləri üçün müxtəlif dekorlar hazırlayırıq”.
Nahid Eminov bildirib ki, Bakıda ən böyük səməni maketini də onlar hazırlayıblar.
Emalatxana rəhbəri əlavə edib ki, bəzi iri və bahalı dekorlar tədbirdən sonra sıradan çıxarılır:
“Böyük dekorları bəzən tədbirdən sonra sındırıb atırlar. Çünki onları evdə yerləşdirmək mümkün olmur”.
