Pleyeri seçin:

"Əllərinə keçəni qoyublar, addım-addım gedirik!" | Tramplinlər necə yerləşdirilməlidir? - Baku TV

16 iyun 2026 252 baxış

Yollarda, xüsusilə də məhəlləarası küçələrdə sakinlər tərəfindən quraşdırılan sürətazaldıcı maneələrə tez-tez rast gəlinir. Bəzi ərazilərdə demək olar ki, hər qapının qarşısında belə maneələr yerləşdirilib.

Sakinlərin sözlərinə görə, maneələrin quraşdırılmasında əsas məqsəd uşaqların və piyadaların təhlükəsizliyini təmin etməkdir.

“Maşınlar sürətlə keçməsin deyə qoyublar. Uşaqlar anidən yola çıxa bilərlər. Bir neçə dəfə avtomobillər az qala uşaqları vurub”, – deyə sakinlərdən biri bildirib.

Bəzi sürücülər isə məhəllədə sürətazaldıcı maneələrin normadan artıq quraşdırıldığını və bunun nəqliyyat vasitələrinə zərər vurduğunu deyirlər: “Hər qapının ağzında bir tramplin var. Maşınla addım-addım hərəkət edirik”.

Bəs hər kəs öz təşəbbüsü ilə yolun üzərinə sürətazaldıcı maneə qoya bilərmi? Bu cür maneələrin quraşdırılması hansı qaydalarla tənzimlənir?

Məsələ ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, ümumi istifadədə olan yollarda və məhəllədaxili küçələrdə sürətazaldıcı maneələrin quraşdırılması yalnız aidiyyəti dövlət qurumlarının razılığı və iştirakı ilə həyata keçirilə bilər.

Onun sözlərinə görə, çoxmənzilli binaların həyətlərində isə vəziyyət fərqlidir: “Azərbaycan Respublikasının Mənzil Məcəlləsi sakinlərə öz həyətlərində təhlükəsizlik məqsədilə tramplin, şlaqbaum və digər məhdudlaşdırıcı vasitələr quraşdırmağa imkan verir”.

Baş Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Toğrul Nəsirli isə qeyd edib ki, “Yol hərəkəti haqqında” qanunun 11-ci maddəsinə əsasən, yolların hərəkət hissəsində sədlərin, şlaqbaumların qurulmasına, nəqliyyat vasitələrinin və piyadaların hərəkətinə maneə yaradılmasına yol verilmir. Bu qaydaları pozan şəxslər İnzibati Xətalar Məcəlləsinin 354-cü maddəsinə uyğun olaraq məsuliyyət daşıyırlar.

Bildirək ki, icazəsiz tramplinlərin yerləşdirilməsinə görə, fiziki şəxlər 80 manatdan 100 manatadək, vəzifəli şəxslər 400 manatdan 500 manatadək, hüquqi şəxslər isə 3000 manatdan 4000 manatadək cərimələnə bilərlər.

Fərman Həsənov UFC qələbəsinin arxasındakı həqiqətləri, yaşadığı çətinlikləri danışdı - QAPQARA

Fərman Həsənov UFC qələbəsinin arxasındakı həqiqətləri, yaşadığı çətinlikləri danışdı - QAPQARA

Cəmiyyət
24 avqust 2026 252 baxış
Yasamalda bu əraziyə girişi kimlər bağlayıb? - "Dəfələrlə şikayət etmişik, deyirlər ki..." - Baku TV

Yasamalda bu əraziyə girişi kimlər bağlayıb? - "Dəfələrlə şikayət etmişik, deyirlər ki..." - Baku TV

Cəmiyyət
24 avqust 2026 252 baxış
Burada hər an faciə yaşana bilər | Sakinlər niyə təhlükədədir? - Baku TV CANLI

Burada hər an faciə yaşana bilər | Sakinlər niyə təhlükədədir? - Baku TV CANLI

Cəmiyyət
24 avqust 2026 252 baxış
Əliyar Əliyev küçəsinin sakinləri acınacaqlı vəziyyətdən təngə gəliblər

Əliyar Əliyev küçəsinin sakinləri acınacaqlı vəziyyətdən təngə gəliblər

Cəmiyyət
24 avqust 2026 252 baxış
"Belə şey görməmişdim" | Lənkəranda qeyri-adi hadisə | Ancaq yatanda... - Baku TV

"Belə şey görməmişdim" | Lənkəranda qeyri-adi hadisə | Ancaq yatanda... - Baku TV

Cəmiyyət
24 avqust 2026 252 baxış
"Görəndə dəhşətə gəlirik" | 100 ildir inanc yeri olan məkanda müəmmalı hadisə - Baku TV

"Görəndə dəhşətə gəlirik" | 100 ildir inanc yeri olan məkanda müəmmalı hadisə - Baku TV

Cəmiyyət
24 avqust 2026 252 baxış
"Gəlirlər, söz verirlər bizə..." | Qazsız və istiliksiz qalan 16 mərtəbəli bina

"Gəlirlər, söz verirlər bizə..." | Qazsız və istiliksiz qalan 16 mərtəbəli bina

Cəmiyyət
24 avqust 2026 252 baxış
Evləri təhlükəli heyvanlar basdı, sakinlər təhlükədə qaldı - Baku TV CANLI

Evləri təhlükəli heyvanlar basdı, sakinlər təhlükədə qaldı - Baku TV CANLI

Cəmiyyət
24 avqust 2026 252 baxış
"İki dəfə gürzə öldürüblər" | Sakinləri qorxudan gözlənilməz təhlükə - Baku TV

"İki dəfə gürzə öldürüblər" | Sakinləri qorxudan gözlənilməz təhlükə - Baku TV

Cəmiyyət
24 avqust 2026 252 baxış
"Pişikləri də həmin ilan öldürüb" | Mərkəzi küçələrdə yaşayan sakinlərin fəryadı - Baku TV

"Pişikləri də həmin ilan öldürüb" | Mərkəzi küçələrdə yaşayan sakinlərin fəryadı - Baku TV

Cəmiyyət
24 avqust 2026 252 baxış
Seçilmişlər
icon