Pleyeri seçin:

"Gecə ayılıb gördüm ki..." | Qəfil ölümü ilə hamını sarsıdan jurnalist Sərxan Kamallının son anları

08 fevral 2026 581 baxış

“Retro Baku” verilişinin yeni buraxılışı vaxtilə Baku TV-də çalışmış, 2024-cü ildə insult keçirərək dünyasını dəyişən jurnalist Sərxan Kamallıya həsr olunub.

Baku TV-nin əməkdaşı Xəyal Orucoğlu mərhum həmkarı ilə bağlı xatirələrini bölüşərək həmin günləri belə xatırlayıb:

“Günlərin birində eyni növbəni bölüşdüyümüz vaxt mən bir az özümü narahat hiss edirdim, başım ağrıyırdı. Uşaqlardan xahiş etdik ki, təzyiqölçəni gətirsinlər. Təzyiqimi ölçəndə gördüm ki, 130-dur və özümü heç yaxşı hiss etmirəm. Bu əsnada Sərxan gülə-gülə gəlib dedi ki, onu mənim də qoluma taxın, görüm təzyiqim neçədir. Təzyiqini ölçəndə gördük ki, 200-ün üzərindədir. Bu qədər yüksək təzyiq hər birimizi heyrətə gətirdi ki, Sərxan, sən belə necə yaşayırsan?”.

Sərxan Kamallının həyat yoldaşı Gülşən Kamallı isə onun son gününü xatırlayaraq həmin ağır anları belə təsvir edib:

“Axşam saatlarında, 9-dan sonra evə gəldi. Gələndə də özü üçün yeni bir telefon almışdı. Əhvalı da yerində idi. Oturduq, dedik, güldük, uşaqlarla söhbət etdi. Bir müddətdən sonra dedi ki, uşaqları apar yatsınlar. Gecə ayılıb gördüm ki, Sərxan yıxılıb yerə, bir tərəfi işləmir, zəif səslə məni çağırır. Təcili yardım çağırdıq. Oğlum gördü ki, atasını təcili yardımla apardılar. Bir müddət həyətə təcili yardım gələndə qaçaraq gəlib deyirdi ki, ana, deyəsən, atamı gətirirlər”.

Yeni yanaşma məzunların iş tapmaq problemini həll edə bilərmi? - Baku TV

Yeni yanaşma məzunların iş tapmaq problemini həll edə bilərmi? - Baku TV

Cəmiyyət
28 sentyabr 2026 581 baxış
Azərbaycan Alban-Udi İcmasının nümayəndələri Xudavəng Monastırında - Baku TV

Azərbaycan Alban-Udi İcmasının nümayəndələri Xudavəng Monastırında - Baku TV

Cəmiyyət
28 sentyabr 2026 581 baxış
"Milyonların içində ad qoyub getdi" | Şəhid Valeh Bədəlovun valideynləri danışdı - Baku TV

"Milyonların içində ad qoyub getdi" | Şəhid Valeh Bədəlovun valideynləri danışdı - Baku TV

Cəmiyyət
28 sentyabr 2026 581 baxış
Dağların qoynundakı Malıbəyli gölü buraya səfərə gələnləri valeh edir - Baku TV

Dağların qoynundakı Malıbəyli gölü buraya səfərə gələnləri valeh edir - Baku TV

Cəmiyyət
28 sentyabr 2026 581 baxış
Hava ilə bağlı xəbərdarlıq: rayonlarda hava necə olacaq? - Baku TV CANLI

Hava ilə bağlı xəbərdarlıq: rayonlarda hava necə olacaq? - Baku TV CANLI

Cəmiyyət
28 sentyabr 2026 581 baxış
Qəsəbənin girişində "yoxa çıxan" yol | Lökbatanda yol niyə uzun müddətdir təmirsiz qalıb? - Baku TV

Qəsəbənin girişində "yoxa çıxan" yol | Lökbatanda yol niyə uzun müddətdir təmirsiz qalıb? - Baku TV

Cəmiyyət
28 sentyabr 2026 581 baxış
Paytaxtın bu küçəsində hərəkət dəyişir: Sürücüləri nə gözləyir? - Baku TV CANLI

Paytaxtın bu küçəsində hərəkət dəyişir: Sürücüləri nə gözləyir? - Baku TV CANLI

Cəmiyyət
28 sentyabr 2026 581 baxış
Tovuz döyüşlərindən 44 günlük Vətən müharibəsinə uzanan Zəfər yolu - Baku TV

Tovuz döyüşlərindən 44 günlük Vətən müharibəsinə uzanan Zəfər yolu - Baku TV

Cəmiyyət
28 sentyabr 2026 581 baxış
“O cür aktyorun əlindən nə desən, gələr” | Anasının bir sözü ilə aktyor olan Şövqi Hüseynov

“O cür aktyorun əlindən nə desən, gələr” | Anasının bir sözü ilə aktyor olan Şövqi Hüseynov

Cəmiyyət
28 sentyabr 2026 581 baxış
"Gecə 3-dür, burada nə bazar açmısınız?!" | Restoran səsi sakinləri ayağa qaldırdı - Baku TV

"Gecə 3-dür, burada nə bazar açmısınız?!" | Restoran səsi sakinləri ayağa qaldırdı - Baku TV

Cəmiyyət
28 sentyabr 2026 581 baxış
Seçilmişlər
icon