"Göyçəyə qayıdış üçün səfərbərlik istəyi" | QƏRBİ AZƏRBAYCAN XRONİKASI
Yeniliklərdən dərhal xəbərdar olun
“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində Göyçə mahalının, Basarkeçər (Vardenis) rayonunun Nərimanlı kəndi haqqında xüsusi buraxılış hazırlanıb.
“Göyçəyə qayıdış üçün səfərbərlik istəyi” adlı verilişdə Nərimanlı kəndinin tarixi, etnoqrafiyası, mədəniyyəti, xalçaçılığı, mətbəxi, toyları, aşıq sənəti, bayram ənənələri, kənd təsərrüfatı və digər sahələrindən geniş söhbət açılıb.
Bildirilib ki, Nərimanlı kəndinin adı yarandığı ilk gündən XIV əsrin axırı XV əsrin əvvələrindən 1988-ci ilin dekabrına qədər dəfələrlə dəyişdirilərək Hüseynquluağalı, Çuxurlu, Çamırlı və Ortakənd olub. Kəndin sonuncu adı Nərimanlı isə böyük partiya və dövlət xadimi olan Nəriman Nərimanovun adı ilə bağlıdır. 1991-ci ildən isə ermənilər bu adı dəyişdirib Şatvan qoyublar.
Nərimanlı kənd əhalisi 1905-1907, 1918-1920, 1948-1953-cü illərdə doğma yurdlarından çıxarılaraq 3 dəfə qaçqın düşüb. 1988-1991-ci illərdəki dördüncü qaçqınlıq zamanı kənd əhalisi doğma yurdlarından çıxarılaraq Daşkəsən, Gəncə, Şəmkir, Xanlar (Göygöl), Bakı, Sumqayıt, Mingəçevir, Samux və başqa yerlərdə məskunlaşıb. Əhali bu günə qədər həmin yerlərdə yaşayır. Qaçqınlıq vaxtı kəndin 450-500 evi, 2 500-3 000 nəfərə yaxın sakini olub.
Verilişdə Nərimanlıda olan qoç daşları, Alban məzarlığı, kəndin memarlıq və tikinti mədəniyyətinə, eləcə də toy günü gəlinin suya salınmasına dair maraqlı məlumatlar verilir.
Vurğulanıb ki, Nərimanlı kəndi bu gün də milli adət-ənənələrini, yaşam tərzini qoruyub saxlayır və hər bir sakin Göyçəyə qayıdış istəyi ilə yaşayır.
#Qərbi Azərbaycan teqi istifadə olunub
- Xələc kəndində aşkar edilən tikilinin üzərindəki ərəb yazısı nəyi üzə çıxarır?
- Keçmişin izləri üzə çıxdı | Alagöz kəndi ilə bağlı nələr aşkarlandı? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
- Azərbaycanlı kəndinin gerçək keçmişi | Alagözün taleyi necə oldu? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
- Alagözün əhalisi bir əsrdə necə dəyişdi? - Bir kəndin silinən keçmişi - Baku TV
- Tarixi kitabın təqdimatı keçirildi | İrəvan qazılığı barədə hansı məlumatlar toplanıb? - Baku TV
