FHN WUF13-ə hazırlıq çərçivəsində Bakıda yanğın təhlükəsizliyi mövzusunda təlimlər keçirdi - Baku TV
Bakıda keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) hazırlıq çərçivəsində Fövqəladə Hallar Nazirliyi tərəfindən paytaxtda insanların kütləvi toplaşdıqları məkanlarda, o cümlədən hotellərdə yanğın təhlükəsizliyi mövzusunda təlimlər keçirilir.
Nazirlikdən verilən məlumata görə, FHN-in Dövlət Yanğından Mühafizə, Dövlət Yanğın Nəzarəti və Xüsusi Riskli Xilasetmə xidmətlərinin müvafiq canlı qüvvə və texnikalarının cəlb edildiyi təlimlərin keçirilməsində məqsəd işçi heyətə fövqəladə hallar, o cümlədən yanğınlarla bağlı davranış qaydalarının aşılanması, habelə şəxsi heyətin belə obyektlərdə baş verə biləcək fövqəladə hadisələrin nəticələrinin çevik aradan qaldırılması istiqamətində praktiki bacarıqlarının artırılmasıdır.
Keçirilmiş təlimlərdə şərti yanğın zamanı “Həyəcan” siqnalı verildikdən sonra FHN-in qüvvələri operativ qaydada hadisə yerinə çataraq, “yanğınla mübarizə” tədbirlərinə başlayıblar. Şərti yanğın baş vermiş hoteldə təxliyə planına uyğun olaraq xilasedicilər tərəfindən zərərçəkmişlərin təhlükəsiz yerə təxliyəsi həyata keçirilib, şərti xəsarət almış şəxslərə “ilkin yardım göstərilib”.
Uğurla keçən təlimlərdə qarşıya qoyulmuş məqsədlərə nail olunub.
#Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) teqi istifadə olunub
- Şərti yanğın söndürüldü, tapşırıqlar verildi | SOCAR-ın zavodundakı təlimdən görüntülər - Baku TV
- Suraxanıda bədbəxt hadisə | Ev uçdu, bir nəfər öldü - Baku TV
- Suraxanıda yaşayış evində uçqun olub | Ölən və yaralanan var - Baku TV
- “Yazıq balalar...” | Xətaidəki faciənin detalları | “Düşüb üstünə, yorğanın tükü boğub...” - Baku TV
- Cəlilabadda fərdi yaşayış evində yanğın olub | "Bir dənə canımız salamatdır" - Baku TV
