Pleyeri seçin:

İctimai nəqliyyatda yayxanaraq oturanları cərimə və həbs gözləyir? - Baku TV

05 may 2026 537 baxış

Metro və avtobuslarda yayxanaraq oturan, bununla da digər sərnişinlərə mane olan şəxslər cərimələnə, hətta həbs oluna bilərlər.

İnzibati Xətalar Məcəlləsinə əsasən, bu cür hərəkətlər xırda xuliqanlıq maddəsi üzrə qiymətləndirilir. İctimai nəqliyyatda qaydaları pozan şəxsləri 50 manatdan 100 manatadək məbləğdə cərimə gözləyir. Bu tədbirin tətbiqi kifayət hesab edilmədikdə isə qanunvericilik 15 günədək inzibati həbs nəzərdə tutur.

Məsələ ilə bağlı paytaxt sakinlərinin fikirləri fərqlidir.

“Ola bilər ki, insan fikirli, halsız və ya işdən çıxdığı üçün yorğun olsun. Sadəcə, rahat oturmaq istəyir. Mən buna normal baxıram”, – deyə sakinlərdən biri bildirib.

Digər bir vətəndaş isə bu cür halların narahatlıq yaratdığını vurğulayıb:

“İki nəfərin yerini tuturlar. Etiraz edəndə isə hələ bir qulaqlıqlarını taxıb “bir az o yana otur” deyirlər”.

Hüquqşünas Hikmət Əliyev məsələnin hüquqi tərəflərinə aydınlıq gətirərək bildirib ki, hər bir hal fərdi şəkildə qiymətləndirilməlidir:

“İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən, ictimai qaydanın pozulması və cəmiyyətə açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlər xırda xuliqanlıq hesab olunur. Lakin ictimai nəqliyyatda şəxslərin uyğunsuz şəkildə əyləşməsi hər zaman bu maddə ilə qiymətləndirilə bilməz.

Hüquqi məsuliyyət yalnız o halda yaranır ki, həmin hərəkət digər sərnişinlərin hüquqlarını pozsun və ya cəmiyyətə qarşı nümayişkaranə hörmətsizlik xarakteri daşısın. Yəni yayxanaraq oturmaq faktı öz-özlüyündə xırda xuliqanlıq sayılmır. Yalnız ictimai asayişin pozulduğu və başqalarının hüquqlarına müdaxilə edildiyi halda bu maddə çərçivəsində məsuliyyət məsələsi gündəmə gələ bilər”.

Banner
“Hər biriniz bütün medallara layiqsiniz” | “Baku TV” kollektivi peşə bayramını qeyd etdi - Baku TV

“Hər biriniz bütün medallara layiqsiniz” | “Baku TV” kollektivi peşə bayramını qeyd etdi - Baku TV

Cəmiyyət
06 noyabr 2026 537 baxış
Zəfərdən doğan işıq - Baku TV

Zəfərdən doğan işıq - Baku TV

Cəmiyyət
06 noyabr 2026 537 baxış
Şəhid bulağı niyə bu haldadır? - Binəqədi RİH-dən məsələyə münasibət - Baku TV

Şəhid bulağı niyə bu haldadır? - Binəqədi RİH-dən məsələyə münasibət - Baku TV

Cəmiyyət
06 noyabr 2026 537 baxış
"Gəlib taxta ilə vururlar ki...” | Beton parçaları və daşlar insanların başına “yağır” - Baku TV

"Gəlib taxta ilə vururlar ki...” | Beton parçaları və daşlar insanların başına “yağır” - Baku TV

Cəmiyyət
06 noyabr 2026 537 baxış
Vətəndaşların şikayətinə niyə baxan tapılmır?

Vətəndaşların şikayətinə niyə baxan tapılmır?

Cəmiyyət
06 noyabr 2026 537 baxış
"Çox dedilər, yenidən evlən, razı olmadım" | Evdəki xatirələri gizlədən Novxanı sakini - O VAXTLAR

"Çox dedilər, yenidən evlən, razı olmadım" | Evdəki xatirələri gizlədən Novxanı sakini - O VAXTLAR

Cəmiyyət
06 noyabr 2026 537 baxış
“Baku TV”də peşə bayramı | Ekranın görünən və görünməyən qəhrəmanları - Baku TV

“Baku TV”də peşə bayramı | Ekranın görünən və görünməyən qəhrəmanları - Baku TV

Cəmiyyət
06 noyabr 2026 537 baxış
Tıxaca "yaşıl işıq" yandıran işıqfor, gərəksiz arakəsmə | Problem niyə üst-üstə gəlir?

Tıxaca "yaşıl işıq" yandıran işıqfor, gərəksiz arakəsmə | Problem niyə üst-üstə gəlir?

Cəmiyyət
06 noyabr 2026 537 baxış
MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

Cəmiyyət
06 noyabr 2026 537 baxış
"Nöqsan yoxdursa, niyə getməliyəm?!" | Binəqədi RİH vətəndaşın əmlakını qanunsuz dağıdıb? - Baku TV

"Nöqsan yoxdursa, niyə getməliyəm?!" | Binəqədi RİH vətəndaşın əmlakını qanunsuz dağıdıb? - Baku TV

Cəmiyyət
06 noyabr 2026 537 baxış
Seçilmişlər
icon