Şəhər böyüyür, yollar daralır | Paytaxtda hərəkəti çətinləşdirən əsas səbəb nədir? - XÜLASƏ
“Xülasə” verilişinin yeni buraxılışı yayımlanıb.
Bakıda ictimai nəqliyyatda yaranan sıxlıq, avtobuslarda sərnişinlərin üzləşdiyi problemlər və marşrutların mövcud vəziyyəti hansı sualları gündəmə gətirir?
Avtobusların sayının və hərəkət intervallarının artırılması, metro və şəhərətrafı qatarların imkanlarının genişləndirilməsi nəqliyyat probleminin həllinə necə təsir edə bilər?
Velosiped və skuter istifadəçilərinin yol hərəkətində davranışı, piyadaların və sürücülərin təhlükəsizliyi ilə bağlı hansı məsələlər diqqət tələb edir?
Paytaxtda əhali artımı fonunda infrastrukturun inkişafı, rayonlardan Bakıya miqrasiya və şəhərdə rahat hərəkətin təmin olunması üçün hansı addımlar müzakirə edilir?
Verilişdə həftə ərzində gündəm olan bu və digər məsələlər diqqətə çatdırılaraq şərh edilib.
