Pleyeri seçin:

"Hamısını kəsib-doğrayıblar, üstünü də torpaqla..." | "Ağ Şəhər” ərazisində nə baş verib? - Baku TV

03 fevral 2026 24 baxış

Xətai rayonu, Süleyman Vəzirov küçəsindəki çoxillik həmişəyaşıl ağacların kəsilməsi sakinlər arasında narazılığa səbəb olub.

Onların dediklərinə görə, təxminən 50 ağac bir gecədə naməlum səbəbdən kəsilib. Ərazidə nə inşa ediləcəyinə dair isə heç bir məlumat verilməyib.

“Burada 50 illik ağaclar var idi, təxminən əlli ədəd. Bazar günü səhər gördük ki, ağacların hamısını kəsiblər, hətta gövdələrin izlərini də itiriblər, üstünü torpaqla örtüblər. Ərazini müşahidə edərkən böyük miqdarda budaq qırıntılarını görmək olur. Park etmək əvəzinə bir gecənin içində ağacların soyqırımını etdilər”, – sakinlərdən biri narazılığını dilə gətirib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən bildirilib ki, ağac kəsilməsi faktı üzrə Xətai Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Həmin əməli törətməkdə şübhəli bilinən iki nəfər saxlanılaraq məsuliyyətə cəlb olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən isə qeyd edilib ki, sözügedən ərazidə ağacların ağır texnika ilə məhv edildiyi müəyyən edilib. Faktla bağlı akt tərtib olunub. Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi üçün hazırlanır.

Yanğın olan ərazidə son vəziyyət | Hadisə yerindən bağlantı - Baku TV CANLI

Yanğın olan ərazidə son vəziyyət | Hadisə yerindən bağlantı - Baku TV CANLI

Hadisə
03 fevral 2026 24 baxış
Rusiya-Ukrayna müharibəsində döyüşən Azərbaycan vətəndaşlarına cinayət işi açıldı - Baku TV CANLI

Rusiya-Ukrayna müharibəsində döyüşən Azərbaycan vətəndaşlarına cinayət işi açıldı - Baku TV CANLI

Hadisə
03 fevral 2026 24 baxış
Göyçayda dirək aşdı, kəndlər işıqsız qaldı

Göyçayda dirək aşdı, kəndlər işıqsız qaldı

Hadisə
03 fevral 2026 24 baxış
Azərbaycanlı polkovniklə bağlı dəhşətə gətirən xəbər | Qonşu hər şeyi danışdı - Baku TV

Azərbaycanlı polkovniklə bağlı dəhşətə gətirən xəbər | Qonşu hər şeyi danışdı - Baku TV

Hadisə
03 fevral 2026 24 baxış
Gəncədə bədbəxt hadisə | 3 nəfər usta xəstəxanalıq oldu - Baku TV

Gəncədə bədbəxt hadisə | 3 nəfər usta xəstəxanalıq oldu - Baku TV

Hadisə
03 fevral 2026 24 baxış
Cəlilabadda baş verən dəhşətli hadisənin təfərrüatı - 24 SAAT

Cəlilabadda baş verən dəhşətli hadisənin təfərrüatı - 24 SAAT

Hadisə
03 fevral 2026 24 baxış
Ucardakı yanğının anbaan görüntüləri | FHN hadisə yerində - Baku TV

Ucardakı yanğının anbaan görüntüləri | FHN hadisə yerində - Baku TV

Hadisə
03 fevral 2026 24 baxış
Bakıda ailə münaqişəsi faciə ilə nəticələndi - Baku TV

Bakıda ailə münaqişəsi faciə ilə nəticələndi - Baku TV

Hadisə
03 fevral 2026 24 baxış
Gəncədə sahibsiz itlər qorxu saçır: Sakinlər narahatdır - Baku TV

Gəncədə sahibsiz itlər qorxu saçır: Sakinlər narahatdır - Baku TV

Hadisə
02 fevral 2026 24 baxış
"Ən ağır cəzanı istəyirəm" | Baltalanan yeniyetmələrin anası fəryad etdi - Baku TV

"Ən ağır cəzanı istəyirəm" | Baltalanan yeniyetmələrin anası fəryad etdi - Baku TV

Hadisə
02 fevral 2026 24 baxış
Seçilmişlər
icon