Pleyeri seçin:

"Heç nəyimiz yoxdur" | Çarəsiz vəziyyətdə qalan 5 uşaqlı ailə imdad dilədi - Baku TV

12 fevral 2026 610 baxış

Fevralın 5-də Lənkəran rayonunun Yuxarı Nüvədi kəndində fərdi yaşayış evi yanıb. 3 otaqlı ev əşyaları ilə birlikdə yanaraq kül olub.

Hazırda qonşuda qalan 5 uşaqlı ailə Baku TV-nin qaynar xəttinə müraciət edərək kömək istəyir.

“Gəlib gördüm ki, uşaqlar çöldə qalıblar, suyun içindədirlər. Qonşu, qohum – hamı yığılmışdı. Uşaq dedi ki, ana, səs gəldi, çıxdıq çölə, gördük ki, ev yanır. Uşaqlar məktəbə gedirlər, kitab, dəftər, çanta – heç nə yoxdur. İstəyirəm ki, köməklik göstərsinlər bizə, heç olmasa, evimizi düzəldə bilək”, – zərərçəkən Samirə Həşimova deyib.

“Mən səhər-səhər işə getmişdim. Zəng edib dedilər ki, tövlə yanıb. Gəlib gördüm, tövlə yox, ev yanıb. Kömək istəyirəm, uşaqlarım çöldə qalmasın”, – zərərçəkən Amin Əkbərov söyləyib.

Məsələ ilə bağlı Yuxarı Nüvədi kənd icra nümayəndəliyi və bələdiyyədən bildirilib ki, yanan evin sığortası yoxdur. Bu səbəbdən dövlət tərəfindən onlara hər hansı bir köməklik göstərmək mümkün deyil. Amma buna baxmayaraq, kəndin iş adamları, eləcə də ailəyə yaxın olan şəxslərlə birlikdə yanan evin bir otağını təmir etdirmək, yaxud həyətdə kiçik bir ev tikmək planlaşdırılıb. Müəyyən vəsait toplansa, işlərə başlanıla bilər.

Mərdəkanda Beynəlxalq Mədəniyyət Günü qeyd edilib - Baku TV

Mərdəkanda Beynəlxalq Mədəniyyət Günü qeyd edilib - Baku TV

Cəmiyyət
15 aprel 2026 610 baxış
Müharibələr bəşəriyyətə nə verdi? - Haqq-ədalət uğrunda mübarizə necə olmalıdır? - AMİN

Müharibələr bəşəriyyətə nə verdi? - Haqq-ədalət uğrunda mübarizə necə olmalıdır? - AMİN

Cəmiyyət
15 aprel 2026 610 baxış
"Bu küçəyə təcili yardım belə gəlmir" | Qəsəbə sakinləri yol problemindən gileyləndi - Baku TV

"Bu küçəyə təcili yardım belə gəlmir" | Qəsəbə sakinləri yol problemindən gileyləndi - Baku TV

Cəmiyyət
15 aprel 2026 610 baxış
"Dedilər ki, sağlam olsaydın..." - Hərbi çağırışdan sonra gözlənilməz problem yaşayan şəxs - Baku TV

"Dedilər ki, sağlam olsaydın..." - Hərbi çağırışdan sonra gözlənilməz problem yaşayan şəxs - Baku TV

Cəmiyyət
15 aprel 2026 610 baxış
Azərbaycanda səhiyyə və sosial müdafiə sistemlərinin koordinasiyası gücləndirilir - Baku TV

Azərbaycanda səhiyyə və sosial müdafiə sistemlərinin koordinasiyası gücləndirilir - Baku TV

Cəmiyyət
15 aprel 2026 610 baxış
"Son 20 ildə belə şey olmamışdı" | Bakıya güclü dolu yağmasının səbəbi üzə çıxdı - Baku TV

"Son 20 ildə belə şey olmamışdı" | Bakıya güclü dolu yağmasının səbəbi üzə çıxdı - Baku TV

Cəmiyyət
15 aprel 2026 610 baxış
“Rəssamın dünyanı necə dəyişə bildiyi göstərilir” | “Yaddaşa həkk olunan təsvir” adlı sərgi

“Rəssamın dünyanı necə dəyişə bildiyi göstərilir” | “Yaddaşa həkk olunan təsvir” adlı sərgi

Cəmiyyət
15 aprel 2026 610 baxış
"Yoldaşım fəhlədir, o pulu heç cür tapa bilmərik" - 11 yaşlı İncinin ailəsi fəryad etdi - Baku TV

"Yoldaşım fəhlədir, o pulu heç cür tapa bilmərik" - 11 yaşlı İncinin ailəsi fəryad etdi - Baku TV

Cəmiyyət
15 aprel 2026 610 baxış
Ölümə görə kompensasiya qalmaqalı | Şirkət niyə ödəniş etmir? - Baku TV

Ölümə görə kompensasiya qalmaqalı | Şirkət niyə ödəniş etmir? - Baku TV

Cəmiyyət
15 aprel 2026 610 baxış
Xaricdə təhsil almaq istəyənlərin nəzərinə | "33 ölkənin 230-dan çox universiteti..." - Baku TV

Xaricdə təhsil almaq istəyənlərin nəzərinə | "33 ölkənin 230-dan çox universiteti..." - Baku TV

Cəmiyyət
15 aprel 2026 610 baxış
Seçilmişlər
icon