Pleyeri seçin:

"İşi mən yubatdım, amma..." | Tikinti şirkəti vətəndaşların başına oyun açıb? - Baku TV

18 avqust 2026 244 baxış

Xətai rayonunun Məhəmməd Hadi küçəsində yaşayan vətəndaşlar mənzillərinin təmiri ilə bağlı problem yaşadıqlarını bildirirlər.

Şikayətçilərdən birinin sözlərinə görə, 2025-ci ilin may ayında mənzilin təmiri üçün “IS Qrup” şirkəti ilə müqavilə bağlayıb və işlərin 5 ay ərzində başa çatdırılaraq təhvil verilməsi nəzərdə tutulub. Lakin müqavilədə nəzərdə tutulan müddət başa çatsa da, mənzildə təmir işləri tam yekunlaşdırılmayıb.

Başqa bir şikayətçi isə vəziyyəti belə izah edib: “Müqaviləyə əsasən, təmir üçün 57 min manat ödəməli idik və bu məbləğin hamısını ödəmişik. Əlavə ödənişləri də nəzərə alsaq, şirkətə ümumilikdə 65 500 manat vermişik”.

Şikayətçilər təmir zamanı müxtəlif problemlərin də yarandığını bildiriblər. Onların sözlərinə görə, elektrik və santexnika işlərində çatışmazlıqlar olub və bəzi işlərə şəxsən müdaxilə etmək məcburiyyətində qalıblar.

Məsələ ilə bağlı “IS Qrup” şirkətinin rəhbəri İlyas Mehmanoğlu isə bildirib ki, vətəndaşların iddiaları doğru deyil. Onun sözlərinə görə, işlərin ləngiməsində əsas səbəb sifarişçinin özü olub.

“Təmirin 3 ay yubanmasının səbəbkarı mənəm. Amma işlərin gecikməsində yalnız şirkət məsul deyil. Ceyhun adlı vətəndaş dəfələrlə işləri dayandırdı və müxtəlif səbəblərdən təmir prosesinə müdaxilə etdi. Buna baxmayaraq, oktyabr ayının sonuna qədər evin təhvil veriləcəyini bildirmişəm”, – deyə şirkət rəhbəri sözlərinə əlavə edib.

Kopyalandı
Banner
Xəzər suitilərinin kütləvi ölümü ekoloji narahatlıq doğurur - Baku TV

Xəzər suitilərinin kütləvi ölümü ekoloji narahatlıq doğurur - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 244 baxış
Peşə təhsili sistemində problemlər var? | İmtahanlar düzgün qiymətləndirilmir? - Baku TV

Peşə təhsili sistemində problemlər var? | İmtahanlar düzgün qiymətləndirilmir? - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 244 baxış
Artıq çəki orqanizmin müdafiə hüceyrələrinə təsir edir

Artıq çəki orqanizmin müdafiə hüceyrələrinə təsir edir

Cəmiyyət
25 oktyabr 2026 244 baxış
Çox hərəkət etmək diqqəti gücləndirə bilər

Çox hərəkət etmək diqqəti gücləndirə bilər

Cəmiyyət
25 oktyabr 2026 244 baxış
"31 min manat pul ödəmişik, ortada heç nə yoxdur" | Xırdalanda sakinlər niyə qazsız qalıb? - Baku TV

"31 min manat pul ödəmişik, ortada heç nə yoxdur" | Xırdalanda sakinlər niyə qazsız qalıb? - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 244 baxış
Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür - Baku TV CANLI

Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür - Baku TV CANLI

Cəmiyyət
25 oktyabr 2026 244 baxış
Qubadlı azadlığının 6-cı ili | 25 oktyabrın tarixi əhəmiyyəti yenidən xatırlanır - Baku TV

Qubadlı azadlığının 6-cı ili | 25 oktyabrın tarixi əhəmiyyəti yenidən xatırlanır - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 244 baxış
98 illik fasilədən sonra “Turandot” operası Bakıda yenidən təqdim edilir - Baku TV

98 illik fasilədən sonra “Turandot” operası Bakıda yenidən təqdim edilir - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 244 baxış
Zaqatalada leysan və dolu sakinlərə çətin anlar yaşatdı - Baku TV

Zaqatalada leysan və dolu sakinlərə çətin anlar yaşatdı - Baku TV

Cəmiyyət
24 oktyabr 2026 244 baxış
Zaqatalanın Yuxarı Tala və Ələskər kəndlərində dolu təsərrüfatlara ziyan vurub - Baku TV CANLI

Zaqatalanın Yuxarı Tala və Ələskər kəndlərində dolu təsərrüfatlara ziyan vurub - Baku TV CANLI

Cəmiyyət
24 oktyabr 2026 244 baxış
Seçilmişlər
icon