Çəkilişi biləndə görün nələr etdilər | MTK sakinləri 4 ildir necə aldadır?
Yeniliklərdən dərhal xəbərdar olun
Paytaxtın Nərimanov rayonu Qarabağ küçəsi, 33 ünvanında yaşayan sakinlər tikinti şirkətinin illərdir onların evlərini təhvil vermədiyindən şikayətçidirlər.
Sakinlərin sözlərinə görə, onlara evləri sökülərkən yeni mənzillə təmin olunacaqları deyilsə də, həmin vaxtdan dörd ilə yaxın müddət keçib, lakin Mənzil-Tikinti Kooperativi vədinə əməl etmir.
“İl yarıma binamızın tikiləcəyini dedilər. Dörd ilə yaxındır, çöldəyik. Nə kirayə pulumuzu verirlər, nə də evlə təmin edirlər. Şirkətə gedəndə də qapısı bağlı olur. Qaçıb gizlənirlər”, – deyə şikayətçilər narazılıqlarını bildiriblər.
Baku TV-nin çəkiliş qrupu məsələni dəqiqləşdirmək üçün MTK-nın ofisinə yollansa da, şirkət nümayəndələri sualları cavablamaq istəməyiblər.
Daha sonrakı çəkiliş zamanı isə artıq satış ofisinin adının yazıldığı lövhə çıxarılaraq məsələyə aydınlıq gətirməkdən yenidən imtina edilib.
#Nərimanov rayonu teqi istifadə olunub
- “Səhərə kimi yata bilmirik...” | Sakinlər qorxu içində bu binada yaşayır - Baku TV
- Paytaxtda çoxmənzilli binanın tavanı uçdu | Mənzillər dağıldı - 24 SAAT
- Bakıda qəzalı binada tavan uçdu, mənzillər dağıldı - Baku TV
- Bakıda avtomobilin vurduğu azyaşlının həyatını yol polisi əməkdaşları necə xilas etdi? - Baku TV
- Boru partladı, küçə suya qərq oldu | Su borusu bir həftədir təmir edilmir? - Baku TV
